Icma.az
close
up
RU
Kəmaləddin Heydərov onlayn tədbirə qatıldı Video

Kəmaləddin Heydərov onlayn tədbirə qatıldı Video

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının növbədənkənar sessiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, onlayn formatda baş tutan tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, BMMT-nin Baş katibi Ərgüc Kələntərli, İcraiyyə Şurasının üzv dövlətlərinin nümayəndələri iştirak ediblər.

Növbədənkənar sessiyanın açılışında çıxış edən Ə.Kələntərli BMMT-nin cari fəaliyyəti, institusional sabitliyin təmin edilməsi və inzibati proseslərin bərpası istiqamətində görülmüş işlər barədə geniş hesabat təqdim edib. Baş katib Təşkilatın qərargahının Cenevrədəki “Millətlər Dairəsi”nə köçürülməsi və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində atılan addımları xüsusi vurğulayaraq, regional ofislərin yaradılmasının BMMT-nin qlobal təmsilçiliyinin genişləndirilməsi baxımından əhəmiyyətindən danışıb.

Növbədənkənar sessiyada Təşkilatın kadr potensialının gücləndirilməsi, mandatının tam əhatəli icrası üçün kompleks reaksiya yanaşmasının tətbiqi, üzv dövlətlərdə həyata keçirilən humanitar layihələrin cari vəziyyəti, büdcə dayanıqlığının təmin edilməsi məqsədilə hazırlanan adaptiv büdcə modeli və üzvlük haqlarının yenilənmiş cədvəli müzakirə olunub.

Sessiya çərçivəsində yaxın gələcək üçün nəzərdə tutulan mühüm tədbirlər, o cümlədən 2026-cı ildə keçiriləcək BMMT Baş Assambleyasının 27-ci və İcraiyyə Şurasının 59-cu sessiyalarının təşkili, 2027-ci ildə BMMT-nin himayəsi altında keçirilməsi planlaşdırılan ilk genişmiqyaslı beynəlxalq sahə təlimləri barədə ətraflı məlumat verilib.

Növbədənkənar sessiyanın sonunda İcraiyyə Şurası tərəfindən 2026-cı ilin büdcəsi, Daimi Katibliyin yeni strukturu və Təşkilatın maraqlarının hüquqi müstəvidə qorunmasına yönəlmiş qərarlar qəbul edilib və sessiya işini şəffaflıq prinsiplərinə sadiqlik bəyanatı ilə yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Mart 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri