Kəmaləddin Heydərov polkovnik Şəmsəddin Əmrahovu vəzifəsindən AZAD ETDİ
Kəmaləddin Heydərov polkovnik Şəmsəddin Əmrahovu vəzifəsindən AZAD ETDİ
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Fövqəladə Hallar Nazirliyində (FHN) növbəti kadr dəyişikliyi edilib.
Sonxeber.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə "N" saylı hərbi hissəsinin alay komandiri, polkovnik Şəmsəddin Nurəddin oğlu Əmrahov vəzifəsindən azad edilib.
Onun yerinə polkovnik Kənan Şahlar oğlu Vəliyev təyin olunub.
Qeyd edək ki, polkovnik Şəmsəddin Əmrahov Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə FHN tərəfindən aparılan humanitar yardıma nəzarət edən səlahiyyətli şəxslərdən biri olub.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Baxış sayı:57
Mənbə:https://sonxeber.az