Icma.az
close
up
RU
Kəmaləddin Heydərov Qətər səfiri ilə görüşüb

Kəmaləddin Heydərov Qətər səfiri ilə görüşüb

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qətərin ölkəmizdə yeni təyin olunmuş səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri ilə görüşüb.

APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Nazir Kəmaləddin Heydərov səfir Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Hacirini salamlayaraq, ölkəmizdə fövqəladə və səlahiyyətli səfir təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə noyabr ayında ölkəmizin uğurla ev sahibliyi etdiyi və tarixi nailiyyətlərlə yadda qalan COP29-da Qətər dövlətinin nümayəndə heyətinin iştirakını qeyd edib.

Azərbaycan və Qətər arasındakı münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu vurğulayan nazir K.Heydərov iki ölkə liderlərinin səyləri və siyasi uzaqgörənliyi sayəsində əlaqələrin sürətlə genişləndiyini xatırladıb. Bu çərçivədə 2016-cı ildə dövlət başçılarının qərarı ilə fəaliyyətə başlamış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın uğurlu fəaliyyətinə toxunan nazir birgə komissiyanın həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikası və Qətər Dövlətinin fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumları arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə edib, əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan danışıb, 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində görülən işlərə toxunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən Qətər Dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri COP29 kimi qlobal əhəmiyyətli tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunduğunu və uğurlu nəticələrin əldə edildiyini vurğulayıb.

Səfir iki ölkə arasında münasibətlərin daim genişləndiyini xatırladıb, bu çərçivədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uyğun qurumlar arasında münasibətlərin dərinləşdirilməsinin qarşılıqlı faydasından danışıb. Səfir münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri