Icma.az
close
up
RU
Kəmaləddin Heydərov sabiq deputatın qanunsuz tikintisini dayandırdı

Kəmaləddin Heydərov sabiq deputatın qanunsuz tikintisini dayandırdı

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

“Əgər 70 yaşlı anama və bir ayağı olmayan, birinci qrup əlil qardaşıma nəsə olsa, buna görə keçmiş deputat, “Karat Holding”in rəhbəri Əsabil Qasımovla yanaşı, dövlət orqanları da birbaşa məsuliyyət daşıyır”.

Bunu jurnalist Aytən Məmmədova sosial şəbəkə hesabında etdiyi paylaşımında bildirib.

“Vialon” tikinti şirkətindən şikayətçi olan jurnalist bildirir ki, Nəsimi rayonu Əlibəy Hüseynzadə 73 ünvanında yaşayan anası və birinci qrup əlil qardaşının yaşadığı evin divarına bitişik beşmərtəbəli binada söküntü işləri aparılıb. Nəticədə binadan qopan hissələr onların evinin damına tökülüb:

“Yanvarın 30-na keçən gecə saat 2-də texnikanı qaldırıb binanın başına qoyanda anam etiraz elədi, əhəmiyyət vermədilər. Düşündük ki, insandılar, sağı-solu bitişik yaşayış evləri olan binanı sökməyin təhlükəli olduğunu qanarlar, amma yox. Anamgil yatdığı yerdə gurultu qopup. Yuxarıdan bunlar sökməyə başlayanda damın üstünə tökülüb. Həmin vaxt bir ayağı olmayan adamın durumunu təsəvvür edin…O gecə özləri də gördülər ki, təhlükəli işlə məşğuldurlar, dayandırdılar. Yenə də texnika damın üstündədir, asta-asta öz işlərindədirlər. 70 yaşlı adam binanın başlarına uçacağından qorxaraq yaşayır”.

A.Məmmədova qeyd edib ki, “Vialon” şirkətinə ərazidə söküntünün qadağan olunması barədə Fövqəladə Hallar Nazirliyinin qərarı var:

“Bildiyimə görə, bu şirkətlə bağlı Nəsimi Rayon Polis İdarəsində istintaq gedirdi. Buna baxmayaraq, istədiyini edir. Anamın cəmi 50-55 kvadratmetrlik evi var. O, 70 illik ömrünün 50 ilini burada yaşayıb. Deyir ki, öz evimin ölçüsünə uyğun mənə ev ver, vəssalam. Anama lap bulvarda da ev versələr istəmir, bu adam məhz öz yaşadığı əraziyə öyrənib”.

“Qasımovlar cəmi bir küçə aşağıda “Malibu” adlı şirkət vasitəsilə tikdiyi evlərin kvadratmetrini 3500 manatdan satır, amma qonşumuzdan bir kvadratmetri 2100 manatdan alıb. Deyilənə görə, anamgilin evlərinin yerində məktəb olacaq”, – şikayətçi vurğulayıb.

Qafqazinfo məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlyıb. Qurumdan müraciətə belə cavab verilib:

“Bakı şəhərinin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Əlibəy Hüseynzadə, Balababa Məcidov və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində aparılan söküntü işlərinin müvafiq icazəverici sənədləri olmadığından, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən söküntü işlərinin dayandırılması barədə Qərar çıxarılıb.

Əraziyə nəzarətin təmin edilməsi üçün Qərarın surəti qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə yerli icra hakimiyyəti və hüquq muhafizə orqanına göndərilib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://mia.az
archiveBu xəbər 31 Yanvar 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri