Icma.az
close
up
RU
Kəmər həyat xilas edir, amma bəzi sürücülər hələ də inanmır EKSPERT

Kəmər həyat xilas edir, amma bəzi sürücülər hələ də inanmır EKSPERT

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhülkəsizlik kəmərini bağlamalıdır"

“Elə vətəndaşlarımız var ki təhlükəsizlik kəmərinə “təhlükə” kimi baxırlar. Kəmərdən istifadə etmək niyə bəzi insanlara bu qədər çətin gəlir, hətta bunu “aşağılayıcı tədbir” hesab edənlər, özünə əsassız şəkildə güvənənlər var ki “heç nə olmaz”, deyir, amma qəzaların statistikası başqa mənzərəni göstərir”.

Bu sözləri “Sherg.az”a açıqlamasında nəqliyyat məsələəri üzrə ekspert Eldəniz Cəfərov bildirdi. Qeyd edək ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi 2026-cı ilin ilk 3 ayı ərzində baş vermiş yol qəzaları barədə məlumat yayıb. Məlumatda bildirilir ki, 2026-cı ilin ilk 3 ayı ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 33,6 faizi, yaralananların isə 29,1 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub. 

E.Cəfərov qeyd etdi ki, avtomobil idarə edərkən təhlükəsizlik kəmərinin bağlanması “Yol hərəkəti haqqında” qanunun tələbidir: 

- Qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhülkəsizlik kəmərini bağlamalıdır. Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir. Dəfələrlə təsdiq olunub ki, yol-nəqliyyat hadisələrində təhlükəsizlik kəmərindən istifadə edən sürücü və ya sərnişinlər, kəmərdən istifadə etməyənlərə nisbətən daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz kəməri bağladıqları üçün sağ qalır. Sərnişinlər də təhülkəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olurlar. 

Bəs hansı hallar istisnadır? 

E.Cəfərov bildirdi ki, təhlükəsizlik kəmərindən hansı hallarda istifadə etməməyə icazə verilir, bu da qanunda göstərilib: 

- "Yol hərəkəti haqqında" Qanuna əsasən, təhlükəsizlik kəmərini hamilə qadınlar, geriyə hərəkət manevri edən sürücülər, tədris avtomobilini idarə edən təlimatçılar və yaşayış məntəqələrində operativ, xüsusi səs siqnalları olan nəqliyyat vasitələrinin sürücü və sərnişinləri taxmaya bilərlər. 12 yaşınadək uşaqlar isə xüsusi oturacaqda olduqda kəmər məcburiyyəti fərqlidir. Əgər 12 yaşadək uşaq xüsusi uşaq oturma qurğusuna əyləşdrilibsə, kəmərdən istifadə edilmir. Amma bütün digər hallarda kəmərin bağlanması məcburidir və qaydanı pozanlar 40 manat cərimə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Aprel 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri