Icma.az
close
up
RU
Kəmər taxmayan sürücü və ya “can sənin, cəhənnəm tanrının” düşüncəsi

Kəmər taxmayan sürücü və ya “can sənin, cəhənnəm tanrının” düşüncəsi

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kəmər taxmamağa görə yazılan cərimələrlə bağlı yol polisindən şikayət edən sürücülərin sayı-hesabı yoxdur. Bir çox sürücü inanır ki, aşağı sürətlə hərəkət edən zaman heç bir təhlükə yoxdur, polis buna görə cərimə yazmamalıdır. 

Bir tanış elmlər doktoru isə (kifayət qədər məşhur şəxs olduğu üçün adını yazmıram – müəl.) iddia edir ki, kəmər taxmamaqla başqalarına təhlükə yaratmır. O, fikrini belə əsaslandırır ki, gümrahdır, içki qəbul etməyib, avtomobilin də qiyməti 150 min manatdır, yəni, təhlükəsizdir.

Bəs bu iddia nə dərəcədə doğrudur? Kəmər taxmayan sürücü başqaları üçün risk faktorudurmu? Avropalı ekspertlərin cavabı konkretdir: qəza və ya sürüşmə zamanı kəmər sürücünü oturacaqdan ayrılmağa qoymur. Buna görə də sürücü sükana daha yaxşı hakim ola bilir. Son nəticədə ya qəzadan yayınmaq, ya da yüngül xəsarətlə qurtulmaq mümkün olur. 

Bəs kəmər taxmayan sərnişin nə dərəcədə təhlükəlidir? Qəza zamanı arxa oturacaqdakı sərnişin təhlükəsizlik kəmərindən istifadə edən sürücüyə çırpıldıqda, onu, belə demək mümkünsə “presləyir”. Başqa sözlə, kəmər onu qorusa da, arxadakı sərnişin zərbəsi ölümcül travma yaradır. Qabaqda əyləşən sərnişinin isə qəza zamanı avtomobildən bayıra atılaraq digər NV-nin altına düşmək riski böyükdür. 

Avropalı ekspertlərin tədqiqatlarını ümumiləşdirərək belə nəticəyə gələ bilərik: təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlər özləri ilə bərabər digər yol hərəkəti iştirakçılarına da təhlükə yaradırlar. 

Doğrudur, buna görə kimsə cinayət məsuliyyətinə cəlb olunmur. Lakin, istər beynəlxalq sənədlərdə, istərsə də Azərbaycan qanunvericiliyində yol hərəkəti iştirakçılarından həmrəylik və bir-birinə mane olmamaq tələbi birmənalı olaraq yer alır.  Buna görə də, polisin 30 km/saat sürətlə hərəkət edən avtomobilin sürücüsünə təhlükəsizlik kəmərinə görə cərimə yazması tamamilə qanunidir. Amerikada aparılan tədqiqatlar göstərir ki, hətta 30 km/saat sürətdə belə, ölümcül qəza ola bilər.
İşin etik tərəfi də budur ki, sürücü “can mənimdir, özüm bilərəm” kimi heç bir əxlaqa sığmayan iddianı səsləndirə bilir. Polisin isə “can sənin, cəhənnəm tanrının” demək səlahiyyəti yoxdur.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Noyabr 2024 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri