Icma.az
close
up
RU
Kənan bacımı zibilə görə söydü Bərdədəki hadisəyə görə 4 illik həbs olundu

Kənan bacımı zibilə görə söydü Bərdədəki hadisəyə görə 4 illik həbs olundu

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bərdə rayonunda 1984-cü il təvəllüdlü Kənan həmyerlisi Abbasa (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 2-də baş verib. Kənan həmin gün saat 18 radələrində rayonun Alaçadırlı kəndi ilə Meşəçilik qəsəbəsi aralığında yaşayış sahəsi olmayan ərazidə yerləşən məişət tullantılarının töküldüyü yerə gəlib.
O, məişət tullantıları yığan zaman qəsəbədə yaşayan Abbas ilə onun bacısı Ülkərin ünvanına məlum hadisədən 3-4 gün əvvəl nalayiq ifadələr işlətməsi səbəbindən mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı yerdən götürdüyü daşla Abbasın sağ baldır nahiyəsinə qəsdən bir zərbə vuraraq yerə yıxıb. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Kənanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Kənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Abbas avtomobili onun üzərinə doğru hərəkət etdirib və onlar bir-birlərinə daş atıblar.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, fərdi əməklə məşğuldur: “Əvvəllər Abbasla mübahisəm yaşamayıb, onu tanımamışam. Bizim mübahisəmiz Abbasın mənə məişət tullantıları toplanılan əraziyə gəlməməyimi bildirdiyi üçün yaranıb. Mən növbəti dəfə zibillik olan əraziyə getdiyim zaman Abbas avtomobili üzərimə doğru hərəkət etdirib. Mən də Abbasa bir dəfə daş atmışam. Lakin hansı nahiyyəsinə dəydiyini görməmişəm. Mən “ASAN” Xidmətə vəsiqəmi götürmək üçün gedən zaman saxlanılmışam. Həmçinin atdığım daşın nəticəsində sözügedən xəsarətlərin yarana bilməyəcəyini də bildirmişəm. Mənim atdığım daş o qədər də böyük olmayıb”. 
İş üzrə zərərçəkmiş Abbasın sözlərinə görə, hadisə baş verməmişdən öncə bacısı və Kənan arasında mübahisə yaşanıb: “Kənan bizim topladığımız tullantı materiallarını götürən zaman bacım ona “götürmə, onlar bizimdir” deyə bildirib. Kənan isə bacıma söyüşlü ifadələr işlədərək üzərimə bıçaq çıxardı. Bu əsnada bacım polisə şikayət edəcəyini bildirmişdi və Kənan da yenidən söyüşlü ifadələrdən istifadə edərək həmin yerdən uzaqlaşdı”. 
Zərərçəkmiş deyib ki, daha sonra Kənanı onlara məxsus heyvanlar olan ərazidə görüb: “Kənandan orada nə axtardığını soruşdum. O, bizə aid tullantı materiallarını yığdığını söylədi. Mən həmin tullantı materiallarının bizə məxsus olduğunu və onların topladığımı söylədim. Kənana başqa yerdən tullantı materialları toplamasını bildirdim. Lakin o, təkidlə həmin tullantı materiallarını götürəcəyini bildirdi. Bundan sonra aramızda mübahisə yarandı. Kənan mənə daş ataraq, dəmiryolu istiqamətində qaçdı. Mən də onun getdiyini ehtimal etdim və arxasınca gedərək hansı istiqamətdə getdiyinə baxmaq istəyən zaman mənə yenə daş atdı. Mənim də aldığım zərbə nəticəsində ayağım sındı”.
Zərərçəkmiş bildirib ki, Kənanın üzərində bıçaq olub, onda isə bıçaq olmayıb:
“Mən Kənanı vurmamışam və onun üzərinə atdığım daş da ona dəyməyib. Kənanın mənim üzərimə atdığı daşı görməmişəm. Lakin daşın böyük olduğunu və 20 metr məsafədən atıldığını ehtimal edirəm. Mənim ayağım Kənan tərəfindən atılan daş nəticəsində sınıb və o, mənə heç bir köməklik göstərməyib. Hadisə baş verən zaman qonşum Vaqif gələrək səs-küy salıb. Bundan sonra Kənan hadisə yerindən uzaqlaşıb”. 
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Aprel 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri