Kənan Yıldızla “Yuventus” müqavilənin uzadılması barədə danışıqları dayandırıblar
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Yuventus”un 20 yaşlı hücumameylli yarımmüdafiəçisi Kənan Yıldızla klub arasında yeni müqavilə ilə bağlı danışıqlar dayandırılıb.
Bu barədə İdman.Biz “La Gazzetta dello Sport”a istinadən məlumat verir.
Qeyd edək ki, “Çelsi”, “Arsenal” və “Real Madrid” oyunçu ilə maraqlanırlar.
Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Yuventus” onun maaşını artırmaq istəyirdi, lakin tərəflər hələlik bu məsələdə ortaq məxrəcə gələ bilməyiblər. Kənan hazırda mövsümdə 1,7 milyon avro qazanır, “Yuventus” klubu isə ona 6 milyon avro təklif edir, lakin yarımmüdafiəçi 7 milyon avro istəyir.
“Yuventus”un sahibi Con Elkann Yıldızın oyun keyfiyyətlərini yüksək qiymətləndirir və yarımmüdafiəçini klubla müqaviləsini uzatmağa razı salmaq üçün danışıqlara müdaxilə edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 13 Noyabr 2025 01:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















