Kənar Dairəvi yola çıxmağa çalışan sürüclər əks yola çıxdı VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yasamal rayonunun mərkəzi küçələrindən Kənar Dairəvi yola çıxışda hər gün yol hərəkəti qaydalarının kobud şəkildə pozulması halları müşahidə olunur.
Sürücülərin bir qismi tıxacdan yayınmaq məqsədilə əks istiqamətə çıxaraq həm nəqliyyat axınının normal gedişini pozur, həm də digər hərəkət iştirakçıları üçün real təhlükə yaradır.
Çin maşınlarının ehtiyat hissəsi kimi satışa çıxarılması adiləşir - VİDEO
Oxucuların Avtosfer.az-a göndərdiyi görüntülərdə, xüsusilə pik saatlarda bəzi avtomobillər qaydalara məhəl qoymadan əks zolağa keçərək süni tıxac yaradır. Bu cür hərəkətlər nəticəsində həm qarşıdan gələn avtomobillər üçün risk artır, həm də yolun buraxılış qabiliyyəti ciddi şəkildə azalır.
Qayda pozuntusu ilə hərəkət edən nəqliyyat vasitələri arasında 77-UB-029 nömrə nişanlı “Haval”, 77-NA-632 və 77-DY-690 “Ford”, eləcə də 77-MR-789 nömrə nişanlı “Hyundai” markalı avtomobillərin olduğu qeyd olunur. Bildirilir ki, bu hallar artıq sistematik xarakter alıb və sürücülər arasında narazılıq doğurur.
Sürücülər bu cür qayda pozuntularının ictimailəşdirilməsini və müvafiq tədbirlərin görülməsini xahiş edirlər.
Eltac Zülfüqaroğlu
Oxunub 242
Baxış sayı:59
Bu xəbər 29 Yanvar 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















