Icma.az
close
up
RU
Kənd məhsullarını satıb maşını geri qaytardı Bakıda ŞOK OĞURLUQ

Kənd məhsullarını satıb maşını geri qaytardı Bakıda ŞOK OĞURLUQ

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda avtomobil qaçırılıb.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında qeydə alınıb.

24 yaşlı Bahadur Qasımov (şərti adla) gecə saatlarında vintaçanla “Mercedes-Benz” markalı avtomobilin arxa şüşəsini sındıraraq, qapıları aça bilib. Daha sonra sürətlər qutusunun yanındakı ehtiyat açarla nəqliyyat vasitəsini işə salaraq, qaçırıb.

Zərərçəkənin şikayəti əsasında Bahadur polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, gecə saatlarında taksi ilə yaşadığı Bülbülə qəsəbəsindən “Həzi Aslanov” metro stansiyasına gəlib. Oğurluq etmək üçün əlverişli şərait axtarıb. Təxminən saat 3 radələrində Çingizxan Kərimov küçəsində binanın həyətində “Mercedes-Benz C klass” markalı avtomobilin dayandığını, salonunda isə qatıq, süd, yumurta, pendir, alça, pomidor, xiyar və sair kənd təsərrüfatı məhsullarının olmasını görüb. Həmin vaxt  avtomobildə olan kənd təsərrüfatı məhsullarını oğurlayaraq satıb pul əldə edə biləcəyini düşünüb. Lakin onların hamısını tək apara bilməyəcəyindən avtomobili də qaçırmaq qərarına gəlib.

Bundan sonra ətrafa nəzər yetirib heç kimin onu görmədiyinə əmin olduqdan sonra üzərində olan vintaçan vasitəsi ilə avtomobilin arxa sol qapısının kiçik şüşəsini sındırıb həmin qapını açıb. Daha sonra sükan arxasında əyləşib və sürətlər qutusunun yanından tapdığı açarla mühərriki işə salaraq oradan uzaqlaşıb. Avtomobildə olan məhsulları satdıqdan sonra avtomobili başqa bir ərazidə saxlayıb və açarı sürətlər qutusunun yanına qoyaraq oradan uzaqlaşıb gedib.

Bahadur Qasımov ifadəsində əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Zərərçəkən şəxsin sözlərinə görə isə avtomobili ilə kənd məhsulları satmaqla dolanır. O bildirib ki, hadisə zamanı nəqliyyat vasitəsinə dəyən ziyan ödənilməyib və şikayətçidir.

Məhkəmənin qərarı ilə B. Qasımov 3 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Oktyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri