Kənd məktəblərinin bağlanması kəndlərin boşalmasına səbəb ola bilər Deputat
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə bildirib ki, şagird sayı az olan bəzi ucqar kənd məktəbləri bağlanmalı və həmin şagirdlər digər kənd məktəblərinə köçürülməlidir.
Məktəbin bağlanması həmin kənddə yaşayan insanların oranı tərk etməsinə, yəni kəndlərin daha da boşalmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, nazirliyin əsaslandırması ondan ibarətdir ki, bir məktəbin saxlanılması üçün təxminən 25 min manat büdcə tələb olunur və bu vəsaiti Elm və Təhsil Nazirliyi başqa sahələrə və başqa istiqamətlərə yönəldərək daha faydalı işlər görməyə çalışır:
"Amma məsələ ondadır ki, bu gün məktəb, mədəniyyət mərkəzi, səhiyyə müəssisəsi kimi obyektlər həm də urbanizasiyanın baş verməməsi, yəni əhalinin kəndlərdən şəhərə köçməməsi üçün atılmalı olan addımlardan biridir. Yəni məktəb həm də maarif ocağıdır, təhsil ocağıdır, bilik ocağıdır və burada insan formalaşır. Hesab edirəm ki, məsələnin haqlı tərəfi də var, amma eyni zamanda düşünürəm ki, bu nüansı da ciddi formada nəzərə almalıyıq. Çünki proses gələcəkdə kəndlərin müəyyən mənalarda boşalmasına gətirib çıxara bilər. Ona görə hesab edirəm ki, bu prosesin həmin tərəfini və digər vacib nüansları mütləq şəkildə nəzərə almalıyıq. Əks halda müəyyən problemlər və çətinliklər yarana bilər. Bu səbəbdən bu məqam çox vacibdir və iş paralel şəkildə həyata keçirilməlidir ki, kəndlərimizdə belə bir hal baş verməsin", - deyə deputat vurğuladı.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 21 Noyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















