Icma.az
close
up
RU
Kənd qadınları üçün turizm və liderlik təlimi: Bibiyanıda növbəti görüş

Kənd qadınları üçün turizm və liderlik təlimi: Bibiyanıda növbəti görüş

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi “Turistik kənddə turizmin inkişafında turizm yönümlü fəaliyyətlərdə qadınların rol və hüquqlarının artırılmasına təşəbbüs” adlı layihəni həyata keçirir.

Layihə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Layihənin icra müddəti: 3 ay.

Layihə Lerik rayonunun Bibiyanı kəndində həyata keçiriləcəkdir.

1. Layihənin ümumi və spesifik məqsədləri

Layihənin ümumi məqsədi regional turizmin inkişafına dəstək verməkdir.

Layihənin spesifik məqsədləri Bibiyanı kəndində turizm potensialının artırılması istiqamətində aşağıdakılardır:
a) Turizm yönümlü fəaliyyətlərdə qadınların ehtiyaclarının müəyyənləşdirilməsi və maarifləndirilməsi yolu ilə onlara dəstək verilməsi (monitorinq zamanı qadınların ehtiyacları dəqiqləşdiriləcək).
b) Turizm xidməti ilə məşğul olan ailə təsərrüfatları və vergi qanunvericiliyi barədə qadınların məlumatlandırılması.
c) Turizm xidməti ilə məşğul olan ailə təsərrüfatlarının koordinasiyası üçün “Koordinasiya Qrupu”nun yaradılması.
d) Bibiyanı turistik kəndində turist qəbul edən evləri əks etdirən (qısa məlumat və fotolarla) bukletin hazırlanması və yayılması.

Qadınlar üçün hər qrupda 10 nəfər olmaqla 5 təlim keçiriləcəkdir. Təlimlər aşağıdakı mövzuları əhatə edəcək:

Qadın liderliyi, qadın haqları və qadın haqlarının müdafiə mexanizmləri.

Vergi qanunvericiliyi və turizm sahəsində maarifləndirmə (qonaqlama təlimləri).

Təcrübə mübadiləsinin təşkili məqsədilə təlimlərin turizm təsərrüfatı ilə məşğul olan ailələrdə keçirilməsi.

Layihənin sonunda “Koordinasiya Qrupu”nun yaradılması. Bu qrupun formalaşdırılması gələcəkdə ailələrin turistlərə daha yüksək səviyyədə xidmət göstərməsinə imkan yaradacaq.

Bir buklet hazırlanacaq və paylanacaq. Bukletdə Bibiyanı kəndi və yaxın ərazidəki görməli yerlər haqqında məlumat və şəkillər yer alacaq.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi tərəfindən həyata keçirilən “Turistik kənddə turizmin inkişafında turizm yönümlü fəaliyyətlərdə qadınların rol və hüquqlarının artırılmasına təşəbbüs” layihəsinin 4-cü tədbiri 2025-ci il noyabrın 6-da Lerik rayonunun Bibiyanı kənd məktəbində keçirilib.

Tədbirdə 12 nəfər qadın iştirak edib.
Tədbiri layihənin ekspertləri Nabat Qəniyeva və Dilarə Əfəndiyeva aparıb.

Tədbiri layihənin eksperti Nabat Qəniyeva açaraq donor, cəmiyyət və layihə haqqında məlumat verib. Daha sonra qadın haqları və bu hüquqların qorunması mexanizmləri barədə məlumat təqdim olunub.
Dövlət qadın siyasəti, qanunvericilikdə qadınlara verilən hüquqlar və güzəştlər mövzularında müzakirələr aparılıb. Beynəlxalq Konvensiyalar, o cümlədən CEDAW barədə məlumat verilib.

Qadın liderliyi və qonaq qarşılama ilə bağlı müzakirələr xüsusilə maraqlı keçib.
Görüş zamanı turizm sahəsində uğur qazanan qadın sahibkarların hekayələri təqdim olunub, layihələrin idarə edilməsi, marketinq və turistlərlə davranış barədə praktiki tövsiyələr verilib.

Qadınlara “Koordinasiya Qrupu”nun yaradılması və gələcək fəaliyyəti izah edilib və qrupda könüllü iştirak etmək istəyənlər qeydiyyata alınıb.
Qadınlara bildirilib ki, turizm fəaliyyətində iştirak etmək yalnız evdə turist qonaqlamaqla məhdudlaşmır — digər xidmət və fəaliyyət növlərini də yaratmaq mümkündür. “İş yerlərimiz yoxdur” deməyin, çünki iş yerlərini özünüz yarada bilərsiniz — qadınlara həm özləri, həm də digərləri üçün iş imkanlarının necə yaradılması barədə izah verilib.

Kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial imkanlarının genişləndirilməsi, onların turizm sahəsində və yerli turizm xidmətlərinin inkişafında iştirakının artırılması layihənin əsas məqsədlərindəndir.

Tədbir iştirakçıları kənd turizminin davamlı inkişaf, gəlir mənbəyi və mədəni irsin qorunması üçün mühüm vasitə olduğunu qeyd ediblər. Bildirilib ki, qadınlar bu prosesdə əsas hərəkətverici qüvvə ola bilər — onlar qonaq evləri, milli mətbəx və əl sənətləri kimi sahələrdə öz təşəbbüslərini reallaşdıra bilərlər.

Tədbirin sonunda 3 nəfər qadın Koordinasiya Qrupuna yazılıb.
Tədbir zamanı foto və video çəkilişləri aparılıb, iştirakçılar üçün şirniyyat və çay süfrəsi təşkil edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri