Kənd təsərrüfatı naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 12 noyabr, AZƏRTAC
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 14-də saat 09:00-da Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Biləsuvar, Salyan, Neftçala, Şirvan və Hacıqabul rayonlarından olan vətəndaşları qəbul edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən Biləsuvar, Salyan, Neftçala, Şirvan və Hacıqabul rayonlarının sakinləri Biləsuvar DAİM-ə (051-698-38-99) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 12 Noyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















