Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şərurda vətəndaşları qəbul edəcək
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov avqustun 15-də saat 09:00-da Şərur rayon icra hakimiyyətinin inzibati binasında Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən XQ-yə verilən məlumata görə, qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən qeyd olunan rayonların sakinləri 060-5966962 nömrəli telefona zəng edərək əvvəlcədən qeydiyyatdan keçə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 11 Avqust 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















