Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 6 noyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyası Kənd Təsərrüfatı Nazirliyinin və “Respublika Qan Bankı” publik hüquqi şəxsin birgə təşəbbüsü ilə baş tutub.
Aksiyada Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, nazirliyin və tabeli qurumlarının əməkdaşları iştirak ediblər.
Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin savab iş olduğunu vurğulayıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.
Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Baxış sayı:74
Bu xəbər 06 Noyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















