Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətləri ARTIRILDI
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Prezident İlham Əliyev aqroparkların fəaliyyətinin təşkili, idarə olunması və inkişafı sahəsində əlavə tədbirlər və bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Modern.az xəbər verir ki, fərmana əsasən, dövlət tərəfindən aqroparkların yaradılması və aqroparkların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti (Yevlax Pilot Aqropark istisna olmaqla) İqtisadiyyat Nazirliyindən alınaraq Kənd Təsərrüfatı Nazirliyinə verilib.
Kənd Təsərrüfatı Nazirliyi dövlət başçısının 21 dekabr 2021-ci il fərmanı ilə təsdiq edilmiş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulmuş aktları 6 ay müddətində qəbul etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməli, İqtisadiyyat Nazirliyi bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi İqtisadiyyat Nazirliyinin Yevlax rayonunda yaratdığı aqropark istisna olmaqla digər aqroparklara rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi səlahiyyətinə malik olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 14 Aprel 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















