Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
“Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları” təsdiq edilib.
APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Qaydalara əsasən, kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi (onun yazılı razılığı ilə istifadəçisi və ya icarəçisi) (sifarişçi) Bakı şəhərinin, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, digər inzibati ərazi vahidlərində isə yerli icra hakimiyyəti orqanlarını (bundan sonra – məlumatlandırılan orqan) bu Qaydalara uyğun olaraq məlumatlandırmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlarda Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun müvəqqəti tikililər, yəni torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili inşa edə və quraşdıra bilər.
Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər kənd təsərrüfatına dair texnika, avadanlıq, ot, yem, dərman (zəhərli kimyəvi maddələrin saxlanması istisna olmaqla) və digər vasitələrin müvəqqəti saxlanması, çoban evləri, yataqlar, habelə işçilərin (personalın) istirahəti, sanitariya-gigiyenası və digər məqsədlər üçün inşa edilir. Müvəqqəti tikilinin tikinti sahəsi 300 kvadratmetrdən, hündürlüyü 5 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 05 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















