Kənd təsərrüfatı torpaqlarının sahəsi 526 min hektara çatdı
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin mülkiyyətində və istifadəsində olan ümumi torpaq sahələri 2025-ci ildə artaraq 526 min 601 hektara yüksəlib.
“Yeni Sabah” xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə (471 min 443 ha) təxminən 11,7% çoxdur.
Hesabat dövründə kənd təsərrüfatına yararlı torpaqların ümumi sahəsi 521 min 723 hektar təşkil edib. Bunun 262 min 398 hektarı əkin yeri, 35 min 017 hektarı çoxillik əkmələr, 56 min 107 hektarı örüş və biçənəklər, 81 min 540 hektarı isə dincə qoyulmuş torpaqlardır. Lakin diqqət çəkən məqamlardan biri faktiki suvarılan torpaqların azalmasıdır; belə ki, 2024-cü ildə 116 min 259 hektar olan suvarılan sahələr 2025-ci ildə 110 min 313 hektara düşüb. Həmçinin əkilməyən torpaq sahəsi də kəskin artaraq 86 min 661 hektara çatıb. pizza sifarişi
Kənd təsərrüfatı subyektlərinin istifadəsində olan torpaqların strukturunda icarəyə götürülmüş sahələr üstünlük təşkil edir. İcarəyə götürülmüş 317 min 696 hektar torpağın 274 min 829 hektarı dövlət, 18 min 911 hektarı bələdiyyə, 23 min 956 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır.
Ən böyük artımlardan biri isə orta göstəricidə qeydə alınıb: orta hesabla bir təsərrüfata düşən kənd təsərrüfatına yararlı torpaq sahəsi 2024-cü ildəki 384,6 hektardan yüksələrək 2025-ci ildə 454,1 hektara çatıb.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 26 Oktyabr 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















