Icma.az
close
up
RU
Kənd təsərrüfatının inkişafında müasir texnologiyaların rolu əvəzsizdir Nazir

Kənd təsərrüfatının inkişafında müasir texnologiyaların rolu əvəzsizdir Nazir

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illərdə kənd təsərrüfatında istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqi, fermerlərin maliyyə və texniki resurslara çıxışının asanlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Rəqəmsal həllərin tətbiqi, "Elektron kənd təsərrüfatı" platformasının genişlənməsi, ekoloji cəhətdən dayanıqlı istehsal modellərinə keçid dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Metbuat.az- ın məlumatına görə, bunu kənd təsərrufati naziri Məcnun Məmmədov Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə söyləyib.

O bildirib ki, İqlim dəyişikliklərinin təsirlərinin azaldılması, torpaq və su ehtiyatlarının səmərəli istifadəsi və dəqiq kənd təsərrüfatının tətbiqi aqrar sektorun rəqabətqabiliyyətliliyini daha da artırır. Məhz bu strateji hədəflərin regionlarda təşviqi məqsədilə Aqrar Biznes Festivalları təşkil olunub:

Cari ildə ölkənin 13 iqtisadi rayonunu əhatə edən 28 rayonda 32 festival keçirilmişdir. On minlərlə fermer və sahibkarın iştirak etdiyi bu tədbirlərdə səkkiz milyon manatdan artıq satış dövriyyəsi qeydə alınıb. Festivallar çərçivəsində toxum sərgi-satış yarmarkaları, kredit yarmarkaları, panel müzakirələr və təlimlər təşkil edilib.

Bu festivallar kiçik və orta sahibkarlığın inkişafına, qadın fermerlərin və gənclərin aqrar sahəyə fəal cəlb olunmasına, bilik və təcrübə mübadiləsinin güclənməsinə mühüm töhfə verib. Eyni zamanda məhsul festivalları regionların ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının tanıdılması və brendləşməsinə şərait yaradıb.

Əminik ki, cənab Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq Aqrar Biznes Festivalları gələcək illərdə də kənd təsərrüfatının innovativ, rəqabətqabiliyyətli və dayanıqlı inkişafında mühüm töhfələrini verəcəkdir.

Buradan Aqrar Biznes Festivalları ilə bağlı həm də həmkarlarıma böyük təşəkkürlərimi bildirmək istəyirəm. Çünki bu sadəcə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı deyil, digər dövlət qurumlarının və yerli, mərkəzi icra hakimiyyəti orqanlarının birgə səyi və fəaliyyəti nəticəsində ərsəyə gəlib. Festivallar fermerlərə toxumların, texnikanın, avadanlıqların və alətlərin daha da yaxınlaşdırılmasını, onların əlçatanlığının artırılmasını təmin edən bir platformaya çevrilib.

Ümid edirəm ki, bu platforma gələcəkdə daha da genişlənəcək, fermerlər üçün yeniliklərin və biliklərin artırılmasında xüsusi xidmətləri olacaqdır.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Dekabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri