Icma.az
close
up
RU
Kənd Təsərrüfatının Strateji Əhəmiyyəti

Kənd Təsərrüfatının Strateji Əhəmiyyəti

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə etdiyi geniş çıxış ölkəmizdə aqrar sahənin inkişafının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyev müşavirədə geniş və proqram xarakterli nitq söyləyərək kənd təsərrüfatının ölkə üçün həm iqtisadi, həm də sosial-strateji əhəmiyyətini xüsusi vurğulayıb. Cənab Prezident İlham Əliyevin müçavirədəki çıxışı yalnız istehsal həcmləri, subsidiya mexanizmləri və ya iqtisadi göstəricilər haqqında hesabat xarakteri daşımırdı.

Azərbaycan kəndinin gələcək modeli, kənd həyatının yeni fəlsəfəsi və ölkənin ərzaq təhlükəsizliyinin perspektivləri. İyirmi ildən artıq müddətdə ölkədə həyata keçirilən regional inkişaf proqramları kənd təsərrüfatı üçün yeni bir reallıq formalaşdırdı. Bir vaxtlar infrastruktur çatışmazlığı ilə üzləşən bölgələr bu gün tamamilə fərqli mənzərəyə malikdir. Vaxtilə qaz xəttinin olmadığı kəndlərə mavi yanacaq gəlib, elektrik enerjisi problemi aradan qaldırılıb, yollar çəkilib, su anbarları tikilib, kanallar yenidən qurulub. Əslində kənd təsərrüfatının inkişafı yalnız torpağın məhsuldarlığı ilə ölçülmür. Kənd təsərrüfatı ilk növbədə insan həyatıdır. İnsan isə yaşamaq üçün rahat mühit, infrastruktur və sosial təminat istəyir. Məhz buna görə son illər bölgələrdə xəstəxanaların, məktəblərin tikilməsi, xidmət sahələrinin genişləndirilməsi aqrar inkişafın ayrılmaz hissəsinə çevrildi.

Cənab Prezident İlham Əliyevin müşavirədə xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz kəndlə şəhər arasındakı fərqin azaldılması idi. Uzun illər dünyanın müxtəlif ölkələri eyni problemlə üzləşib: insanlar kəndlərdən şəhərlərə köçür, kəndlər boşalır, istehsal imkanları zəifləyir. Azərbaycan isə fərqli yanaşma ortaya qoyur. Məqsəd kənddən şəhərə axını davam etdirmək deyil. Məqsəd elə şərait yaratmaqdır ki, şəhərdən kəndə dönüş başlasın. Bu fikir təkcə demoqrafik proses deyil. Bu, eyni zamanda iqtisadi və sosial yanaşmanın dəyişməsi deməkdir. Çünki müasir kənd yalnız əkin-biçin məkanı kimi yox xidmətlərin, turizmin, kiçik sahibkarlığın və yeni texnologiyaların birləşdiyi yaşayış məkanı olmalıdır.

Müşavirədə səsləndirilən rəqəmlər göstərir ki, son illərdə bir çox istiqamətlərdə ciddi nəticələr əldə olunub. Pambıqçılıq yenidən dirçəlib. Vaxtilə istehsalın minimum həddə düşdüyü bir sahədə indi yüz minlərlə ton məhsul əldə olunur. Baramaçılıq yenidən nəfəs alıb. Fındıqçılıq inkişaf edib. Meyvəçilik və tərəvəzçilik ixrac potensialını artırıb.Əldə edilən uğurlarla yanaşı, müşavirədə yeni çağırışlar da açıq şəkildə səsləndirildi. Dövlət başçısı qeyd etdi ki, son illərdə kənd təsərrüfatında mövcud dinamika tam qənaətbəxş deyil. Bu isə onu göstərir ki, artıq əvvəlki mərhələnin üsulları gələcək inkişaf üçün kifayət etmir.

Bu gün dünya dəyişir. Müharibələr, nəqliyyat marşrutlarında yaranan problemlər, enerji böhranları və iqlim dəyişiklikləri ərzaq məsələsini hər bir ölkənin strateji gündəliyinə çıxarıb. Artıq söhbət yalnız bazara məhsul çıxarmaqdan getmir. Söhbət dövlətlərin öz təhlükəsizliyindən gedir. Məhz buna görə müşavirədə özünü təminetmə göstəricilərinə xüsusi diqqət ayrıldı. Bir sıra məhsullar üzrə Azərbaycan yüksək nəticələr əldə edib. Ancaq bəzi strateji istiqamətlərdə hələ də xarici asılılıq qalır. Buğda məsələsi xüsusilə diqqət çəkir. Ölkənin ərzaq təhlükəsizliyində əsas yer tutan məhsul üzrə təminatın istənilən səviyyədə olmaması yeni yanaşmalar tələb edir. Cənab Prezidentin çıxışının ən mühüm cəhətlərindən biri problemin göstərilməsi deyil, həll yollarının təqdim olunması idi. Yeni mərhələdə torpaqlardan istifadəyə fərqli yanaşma tətbiq ediləcək. Hər torpaq sahəsinin öz "pasportu" olacaq. Müasir texnologiyalar, süni intellekt imkanları, peyk müşahidələri və elektron analiz sistemləri vasitəsilə müəyyən ediləcək ki, hansı ərazidə hansı məhsul daha yüksək gəlir gətirə bilər. Bu, sadəcə texniki dəyişiklik deyil. Bu, kənd təsərrüfatının elmə əsaslanan yeni modelidir. Su məsələsi də cənab Prezidentin çıxışının əsas istiqamətlərindən biri idi. Yeni su anbarlarının tikintisi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, Şirvan və Qarabağ kanallarının yenidən qurulması təkcə torpaqları su ilə təmin etmək məqsədi daşımır. Bu layihələr gələcəkdə yüz minlərlə hektar torpağın iqtisadi dövriyyəyə qaytarılmasına imkan yarada bilər. Müşavirədə səsləndirilən digər mühüm mesaj isə əlavə dəyərin yaradılması ilə bağlı idi. Artıq əsas məqsəd xammal ixrac etmək deyil. Məhsulun emal olunması, hazır məhsulun bazarlara çıxarılması, yeni istehsal müəssisələrinin yaradılması əsas hədəflərdən biridir. Bu yanaşma kənd təsərrüfatını sadəcə məhsul istehsal edən sahədən sənaye və ixrac potensialı yaradan sektora çevirə bilər. Bu gün Azərbaycanın qarşısında duran vəzifə təkcə daha çox məhsul yetişdirmək deyil. Əsas məqsəd torpağın imkanlarını insan kapitalı, texnologiya və müasir idarəetmə ilə birləşdirərək yeni inkişaf modelini formalaşdırmaqdır. Çünki güclü kənd təsərrüfatı yalnız iqtisadi göstərici deyil. Bu, güclü kənd, güclü region və nəticə etibarilə güclü dövlət deməkdir.

Prezident İlham Əliyevin çıxışında kənd təsərrüfatı sahəsinə dair səsləndirilən fikirlər ötən dövrdə görülmüş işlərin sadəcə hesabatı deyil, dövlətin aqrar siyasətinin strateji fəlsəfəsinin təqdimatı kimi də diqqət çəkir. Burada əsas yanaşma kənd təsərrüfatını ayrıca bir sektor kimi deyil, regionların inkişafı, məşğulluğun artırılması, sosial rifahın yüksəldilməsi və milli iqtisadi təhlükəsizliyin tərkib hissəsi kimi dəyərləndirməkdir.

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də aqrar sahənin gələcək inkişaf prioritetlərini və qarşıda duran vəzifələri aydın şəkildə müəyyənləşdirir. Azərbaycanda həyata keçirilən aqrar siyasət və Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət onu göstərir ki, gələcək illərdə kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı istiqamətlərindən biri olaraq daha da inkişaf edəcək və Azərbaycan bu sahədə regionun güclü dövlətlərindən birinə çevriləcəkdir.

Zamir Güvəndiyev,

YAP Şəmkir rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 İyun 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri