Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

Kənd toyuğu adı ilə aldatma cəhdləri

Kənd toyuğu adı ilə aldatma cəhdləri

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Bazarlarda, metro çıxışlarında kənd toyuğu adı altında satılan məhsulların sayı artıb. İnsanların əksəriyyəti daha baha olsa da, bu məhsulu almağa üstünlük verir. Lakin son dövrlərdə işbazlar bu sahədə də alıcıları aldadırlar. Belə ki, bəzi satıcılar kənd toyuğu adı ilə insanlara broyler toyuqları satırlar. Bəs vətəndaşlar aldanmamaq üçün nələrə diqqət etməlidirlər?

Qida təhlükəsizliyi eksperti İlkin Şirinov broyler və kənd toyuqlarının tamamilə fərqli şərtlər altında yetişdirildiyini vurğulayıb:

"İnsanlar kənd və broyler toyuğunu rənginə görə ayırırlar. Çünki broyler toyuqları təbii yemlə qidalanmır. Kənd toyuqları 3-4 aya yetişir. Bu müddət ərzində 1.5 kiloqrama qədər inkişaf edə bilir. Broyleri kənd toyuğu qədər saxlamaq fermerlərə sərf etmir. Artıq saxladıqda artıq yem verməlidirlər. Bu isə büdcələrinə ziyandır”. Ekspert bildirir ki, broyler toyuqlarının qidalanmasında kimyəvi qatqılı xüsusi kökəldici yemlərdən istifadə olunur. Həmin qidalarla yemlənən toyuqlar qısa müddətdə, maksimum bir aya süni şəkildə şişirdilir: "Kəsildikdən sonra xüsusi soyutma sistemlərində az buzlu halda etiketlənir və satış obyektlərinə çatdırılır. Kənd toyuğu isə daha uzun müddət saxlanılır. Günəş və torpaqla əlaqədə olurlar. Bu səbəbdən də broyler toyuqlarının bədənlərində olan su qalıqları kənd toyuqlarında müşahidə edilmir”. 

İ.Şirinovun sözlərinə görə, diqqətlə baxdıqda broyler və kənd toyuqlarını asanlıqla ayırd etmək mümkündür: 

"Broyler toyuqlarının ayaqlarını xüsusi sarıköklü və ya sarı kimyəvi maddəli suda bir müddət saxladıqdan sonra kənd toyuğu adı ilə insanlara satırlar. Lakin kənd toyuğunun təbii sarılığı ilə sonradan rəngi dəyişdirilən toyuq arasında fərqi gözlə görmək mümkündür. Kənd toyuğunu bişirdikdə dadı və ətinin yapışqanlığı onu müəyyən etməkdə kömək olur”. 

Ekspertin sözlərinə görə, kənd toyuğunun dərisi günəş işığından gələn D vitamini ilə zəngin olduğundan broyler toyuğuna nisbətən daha qabarıq və qalın olur. Amma broyler toyuğunda dəri salfet kimi nazikdir: 

"Kənd toyuğunun özünəməxsus qoxusu var. Bu qoxu broyler toyuqlarında olmur. İnsanlar sağlamlıqlarının qeydinə qalmaq istəyirlərsə, toyuğu diri formada almaları daha məqsədəuyğundur. Bu zaman heç bir şübhə, risk də olmayacaq”. 

Ekspertin fikrincə, belə halların qarşısının alınması üçün xüsusi mexanizm olmalıdır. İşçi qrup yaradılmalı və məhsulun həqiqiliyi ayırd edilməlidir ki, insanlar işbazların qurbanına çevrilməsinlər: 

"Bazarlarda və digər iaşə müəssisələrində tək toyuqlarda deyil, digər ət məhsullarında da belə fırıldaqlar mövcuddur. Bununla bağlı reydlər keçirilməlidir. Çünki işbazlar üçün insan sağlamlığı ikinci plandadır. Broyler toyuqlarına vurulan maddələr ürək-damar xəstəliklərinə, hətta xərçəng riskinə səbəb ola bilər”.

İ.Şirinov insanlara tövsiyə edib ki, bilmədikləri yerlərdən belə məhsulları əldə etməsinlər: 

"Bu məhsulların açıq şəkildə insanların sıx yerləşdiyi yerlərdə satılması heç də düzgün deyil. Üzərindən heç bir markalanma olmayan məhsulu almaq göz görə-görə sağlamlığımızı riskə atmaq deməkdir. Çünki bu məhsulların açıq havada, qadağan edilən temperaturda satışı yolverilməzdir”. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə  bildirib ki, toyuqlar əsasən üç cür şəraitdə yetişdirilir: 

"Birincisi tam azaddır. Səhər hindən buraxılır, bir də axşam hinə doldurulur. Üstəlik, onlar buğda və arpa ilə də qidalanırlar. İkincisi yarı azad toyuqlardır. Hansı ki, hasar daxilində olsalar da, açıq havada olurlar. Onlara həm broylerlərin, həm də azad toyuqların yediyi yemlər verilir. Üçüncü isə tam qapalı şəraitdə saxlanılan broyler toyuqlarıdır. Onları tez yetişdirmək üçün müxtəlif vasitələrdən istifadə edilir. Broyler toyuqlarına antibiotiklər, hormonal dərmanlar verilir. Onlar da insan orqanizmi üçün zərərlidir”. 

E.Hüseynovun sözlərinə görə, bəzən şəhərdə biri üç manata toyuqlar satılır. Həmin toyuqlar yumurtadan kəsilən toyuqlardır, əti çox bərk olur: 

"İşbazlar da bundan istifadə edərək, onu kənd toyuğu adı ilə insanlara satırlar. Bişirəndə kənd toyuğuna bənzəyir. Amma əslində satışa verilməməlidir. Kənd toyuqlarının əti və sümüyü daha möhkəm olur. Broyler toyuğu şişmiş və ətli olduğu üçün sümükləri daha yumşaqdır”. 

Sədrin fikrincə, insanlar bu kimi hallarla qarşılaşdıqda müvafiq orqanlara məlumat verməlidir: 

"Nazirlər Kabinetinin 94 saylı qərarına görə, Azərbaycan əmtəə bazarında satılan bütün qida məhsulları paketlənməli, üzərində etiketi, buraxılma tarixi və sair bu kimi məlumatlar olmalıdır. İnsanlara ttövsiyə edirəm ki, kənd toyuqları adı ilə satılan broyler toyuqları gördükdə bu barədə Qida Təhlükəsizliyi Agentliyinin "Qaynar xətt”inə məlumat versinlər”. 

Mənbə: "Kaspi" qəzeti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:396
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Aprel 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri