Kənddə 12 sot torpağım var, onu buradan idarə edirəm Komitə sədri
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Astarada olanda portağal və naringilərin sahələrdə qaldığının şahidi oldum. Səbəbini soruşduqda satış üçün yer tapa bilmədiklərini dedilər. Əkilən satılmalıdır. Əkilən satılmasa, onda fermerin üzü gülə bilməz".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib.
"Qanunverici orqan olaraq bizə elə tövsiyələr verilməlidir ki, biz onu qanun şəklinə salaq və kənd təsərrüfatı ilə bağlı uğurlara nail olaq. Burada süni intellektlə bağlı deyilənləri qəbul edirəm. Bu gün mənim kənddə 12 sot torpağım var,onu buradan idarə edirəm. Hansı dərmanı nə vaxt verilməsini, verilməməsini və digər məsələləri tapşırıram", -deyə komitə sədri bildirib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 11 Mart 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















