Icma.az
close
up
RU
Kənddə gecə saatlarında bıçaqlı hücum: “Qardaşım araya girməsəydi…”

Kənddə gecə saatlarında bıçaqlı hücum: “Qardaşım araya girməsəydi…”

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabirabad rayonunda 35 yaşlı kişi həmkəndlisinə bıçaqla xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin avqustun 15-də rayonun Şıx Salahlı kəndində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Vüsal Paşayev həmin gün saat 22 radələrində alkoqol sərxoşluğu vəziyyətində olmaqla kənddə tam orta məktəbinin idman meydançasında həmkəndlisi Sahiblə mübahisə edib.
Buna səbəb isə zərərçəkmiş şəxsin onu bir müddət əvvəl istintaqla müəyyən edilməyən yerdə və vaxtda qanunsuz olaraq kultivasiya etdiyi narkotik tərkibli çətənə bitkilərini oğurlamaqda ittiham etməsi olub. Həmçinin mərhum atası İmranın qəbrinə nalayiq ifadə işlətməsi səbəbindən mübahisə edib. Şəxsi münasibətlər zəminində baş vermiş həmin mübahisə zamanı o, qisas niyyətilə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqları ilə vurub. 
Eləcə də yerdən götürdüyü ağac parçası ilə kürək nahiyəsinə zərbə endirib. Sonra isə mətbəx bıçağı ilə ona üç dəfə vurub. 
Hadisəni törədən V. Paşayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ititham üzrə özünü təqsirli bilib. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrində gizir hərbi rütbəsində həqiqi hərbi xidmət keçib, daha sonra həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb: “Həbs olunana qədər usta kimi təmir-tikinti işləri ilə məşğul olmuşam. Sahib mənim həmkəndlimdir, onunla birlikdə eyni məktəbdə təhsil almışam. Məlum hadisədən təxminən 15-20 gün əvvəl zərərçəkmiş şəxs “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə mənə ismarıc yazaraq onun tərəfindən əkilərək kultivasiya edilmiş çətənə bitkilərini oğurlamaqda ittiham etdi, mərhum atamın goruna söydü. Bundan sonra telefonu söndürdü. Həmin vaxt Füzuli rayonu ərazisində bərpa-quruculuq işlərində iştirak etdiyimdən Sahiblə görüşə bilmədim. Yaşadığım kəndə gəldikdən sonra Sahibi axtardım. Lakin onun Bakı şəhərində olduğunu öyrəndim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 15-də, saat 13 radələrində Sabirabad rayonunun Qaragüney kəndində təsadüfən Sahiblə rastlaşıb: “Həmin vaxt aramızda sözlü mübahisə oldu. Lakin ətrafda adamlar olduğundan həmin gün axşam saatlarında görüşərək aramızdakı mübahisəyə aydınlıq gətirməyə qərar verdik. Bundan sonra yaxınlıqdakı mağazadan uzunluğu təxminən 7 santimetr olan bıçaq aldım və kəndin ərazisindəki kafedə spirtli içki qəbul etdikdən sonra yaşadığım evə getdim. Həmin gün saat təxminən 22 radələrində Sahib “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə mənə ismarıc yazaraq harada olduğumu soruşdu. Mən isə Şıx Salahlı kənd orta məktəbinin meydançasına gələcəyimi bildirdim. Bundan sonra mağazadan aldığım bıçağı götürərək evdən çıxdım və məktəbə doğru getdim. Həmin vaxt yanımda olan qardaşım Nağı məndən nə baş verdiyini soruşdu. Ona Sahibin atamızın goruna söydüyünü, bununla əlaqədar Sahiblə görüşəcəyimi dedim. Qardaşım Nağı mənimlə birlikdə məktəbin meydançasına getdi. Meydançaya çatdıqda Sahibin orada olduğunu gördüm. Sahibdən  “mənim atamın goruna söyürsən?” deyə soruşdum. Sahib bunu təsdiq etdi”. 
Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Sahibə şillə və yumruq zərbələri vurub: “Sahib zərbələrin təsirindən yerə yıxıldı. Ayağa qalxaraq oradan uzaqlaşmaq istədikdə yerdə olan ağac parçası ilə onun kürək nahiyyəsinə zərbə vurdum. Həmin vaxt mübahisə səsimizi eşidən Əli və Rüfət adlı həmkəndlilərimiz yanımıza gələrək bizi araladı. Onlar aralandıqdan sonra Sahib yenidən ailə üzvlərimin ünvanına təhqiramiz ifadələr işlətdi. Həmin təhqiramiz ifadələrə görə qardaşım Nağı Sahibə bir dəfə şillə zərbəsi vurdu. Mən isə əsəblərimi cilovlaya bilməyərək üzərimdə olan bıçaqla onun döş qəfəsi nahiyyəsinə iki dəfə bıçaqla zərbə vurdum. Bundan sonra qardaşı Nağı ilə birlikdə oradan uzaqlaşdım. Evə doğru gedərkən bıçağı su kollektoruna atdım. Yaşadığımız məhəllədə polis əməkdaşlarını gözlədim. Polis əməkdaşları gəldikdən sonra birlikdə polis şöbəsinə getdim”.
Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərib ki, əvvəllər Sahiblə aralarında heç bir mübahisə, ədavət olmayıb: “Hətta Sahib bir müddət usta kimi çalışdığım “Seabreeze” adlanan ərazidə tikinti işlərində yanımda fəhlə kimi işləyib. Sahiblə aramızda dava-dalaş təxminən 10-15 dəqiqə davam etdi. Mənim Sahibi öldürmək niyyətim olmayıb. Sadəcə olaraq mübahisə zamanı Sahib yenidən mənim və ailə üzvlərimin ünvanına nalayiq, təhqiramiz ifadələr işlətdiyindən əsəblərimi cilovlaya bilmədim. Üzərimdəki bıçaqla ona xəsarət yetirdim. Ona ağır xəsarət yetirməmək üçün bıçağın kəsici hissəsindən tutmaqla zərbə vurmuşam. Özüm narkotik vasitələrdən istifadə etmirəm. Sahibin də narkotik vasitələr istifadə etməsindən və ya narkotik tərkibli bitkiləri kultivasiya etməsindən məlumatım olmayıb”. 
Zərərçəkmiş Sahibin sözlərinə görə, təqsirləndirilən şəxs onun həmkəndlisi və sinif yoldaşıdır: “Vüsalla birlikdə ötən ilin iyul-avqust aylarında “Seabreeze” adlanan ərazidə həyata keçirilən tikinti işlərində işləmişəm. Məni bu işə Vüsal düzəldib. Vüsal həmin tikintidə usta, mən isə fəhlə kimi çalışmışam. Tikintidə fəhlə kimi işlədiyim müddətdə 20 gün işlədiyim günə görə ödənilməli olan ümumilikdə 500 manatı Vüsal mənim əvəzimə tikinti şirkətindən alıb. Lakin həmin pulu mənə verməyib. Bununla bağlı Vüsala dəfələrlə zəng etmişəm. Lakin Vüsal telefon zənglərimə cavab verməyib. Vüsalla telefonla danışdıqda isə pulunu vermədiyim üçün onun ünvanına nalayiq, təhqiramiz ifadələr işlətmişəm”. 
Zərərçəkmiş qeyd edib ki, avqustun 15-də, saat təxminən 13 radələrində Qaragüney kəndi ərazisində təsadüfən Vüsalla rastlaşıb: “Ondan nəyə görə telefon zənglərimə cavab vermədiyini soruşdum. Vüsal isə axşam saatlarında görüşüb, danışmağı təklif etdi. Görüşlə bağlı Vüsalla razılaşdıqdan sonra ondan ayrıldım. Həmin gün saat 20 radələrində “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə Vüsala “Nə oldu? Harda qaldın? Zəng edəcəkdin” məzmunlu ismarıc yazdım. Vüsal isə cavab yazaraq Şıx Salahlı kənd orta məktəbinin meydançasına gəlməyi bildirdi. Bundan sonra həmin məktəbin meydançasına getdim. Orada Vüsalı gözlədim. Vüsal qardaşı Nağı ilə birlikdə yanıma gəldi. Vüsal yaxınlaşan kimi heç bir söz demədən əlindəki “trosla” kürək nahiyyəmə, daha sonra bıçaqla 3 sağ döş qəfəsi nahiyyəmə zərbə vurdu. Xəsarət aldıqdan sonra orandan uzaqlaşdı. Həmin vaxt bibim oğlu Elşad zəng etdi. Telefon danışığı zamanı Elşada bıçaqlanaraq xəsarət aldığımı, dərhal yanıma gələrək xəstəxanaya aparmasını bildirdim. Bibisi oğlu özünə məxsus minik avtomobili ilə orta məktəbin yanına gəldi. Məni avtomobilə əyləşdirərək Şirvan şəhər mərkəzi xəstəxanasına apardı”.
Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərib ki, əvvəllər Vüsalla aralarında heç bir mübahisə, ədavət olmayıb: “Vüsala mənə məxsus narkotik tərkibli çətənə bitkilərini oğurlaması ilə bağlı heç bir söz deməmişəm. Bununla bağlı polis orqanında araşdırma aparılıb, həmin xüsusat öz təsdiqini tapmayıb. Vüsalın mərhum atasının goruna söyməmişəm. Yalnız Vüsalın ünvanına təhqiramiz ifadələr işlətmişəm. Vüsalla aramızdakı mübahisəyə səbəb Vüsalın əməyimin qarşılığı olaraq mənə verilməli olan 500 manat pulu verməkdən yayınması olub. Vüsal usta olduğundan məni də yanında fəhlə kimi işə cəlb etdiyindən əmək haqqımı tikinti şirkətindən almaq səlahiyyəti olub. O, usta kimi fəhlənin pulunu şirkətdən alıb və fəhləyə özü verməli idi. Kənd orta məktəbinin meydançasında görüşməyi mən yox, Vüsal təklif edib. Vüsalın mənə bıçaqla xəsarət yetirə biləcəyini düşünməmişəm. İstər mübahisə zamanı, istərsə də xəsarət aldıqdan sonra Vüsalın əlində bıçaq görməmişəm”. 
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal 4 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Təqsirləndirilən şəxs apellyasiya şikayətində qeyd edib ki, təyin edilmiş cəza ilə razı deyil, işinə düzgün baxılmayıb və ədalətli qərar qəbul edilməyib. Bu cinayət işində heç bir günahı olmadığını qeyd edən təqsirləndirilən şəxs işinə yenidən baxılmasını və ədalətli qərar çıxarılmasını xahiş edib. 
Şirvan Apellyasiya Məhkəməsində şikayəti araşdıran hakimlər heyəti qərar elan ediblər. Qərara görə, təqsirləndirilən şəxs tərəfindən verilən şikayət təmin edilib. Onun cəzası 3 il 6 aya endirilib.
Fariz Məlikli
Demokrat.az

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see182

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see132

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri