Icma.az
close
up
RU
Kənddən şəhərə köç: İş yox, infrastruktur bərbad...

Kənddən şəhərə köç: İş yox, infrastruktur bərbad...

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə əhalisinin sayı ilin əvvəlindən 2 935 nəfər və ya 0,03 faiz artaraq 2025-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 227 min 824 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bildirək ki, Bakının Baş planında da demoqrafik vəziyyət də nəzərə alınaraq vurğulanıb ki, Bakı şəhərinin 2040-cı ilə olan əhalisinin sayı  2,88 - 3,17 milyon nəfər arasında dəyişəcək. 

Qeyd edək şəhər və kənd əhalisinin sayı ilə bağlı açıqlanan məlumatlar rəsmi rəqəmlərdir. Bu gün bir faktdır ki, ölkə əhalisinin əksəriyyəti Bakıda yaşayır. Bunun isə müxtəlif səbəbləri var. 

Hazırda paytaxtda əhali sayının artması mövcud tıxacların yaranmasına, kirayə evlərin, evləcə də satışda olan yeni binaların qiymətində artımlara gətirib çıxarır. Bölgələrdə isə əhali sayı getdikcə azalır. Hətta elə kəndlər var ki, artıq orada heç kim yaşamır.

Beləliklə, bu gün urbanizasiya prosesi davam edir. Vətəndaşları öz yaşadığı evlərdən, kəndlərdən, rayonlardan uzaq salan, yaşamaq üçün paytaxtı seçmələrinə səbəb olan amil nədir?

Məsələ ilə bağlı millət vəkili Razi Nurullayev “Cebheinfo.az”-a bildirib ki, Bakıda tıxacların, kirayə və satış qiymətlərinin artmasının əsas səbəblərindən biri məhz paytaxtda əhalinin sürətlə artmasıdır: 

“Amma bu artım təsadüfi deyil, onun kökündə bölgələrdə işsizlik, qeyri-bərabər iqtisadi inkişaf və infrastruktur problemləri dayanır. Əgər regionlarda kifayət qədər iş yerləri yaradılsa, istehsal müəssisələri, aqroparklar və xidmət sektorları inkişaf etdirilsə, insanlar təbii olaraq öz rayonlarında yaşamaq və işləmək imkanı tapar.

Belə olan halda nə Bakıya axın olar, nə də paytaxtda kirayə və daşınmaz əmlak bazarında süni qiymət artımı baş verər. Hazırda gənclər, xüsusən də iş axtaranlar, regionlarda perspektiv görmədikləri üçün Bakıya üz tuturlar. Nəticədə şəhərin sosial infrastrukturu, nəqliyyat sistemi və mənzil bazarı yüklənir. Bu problemi yalnız inzibati deyil, iqtisadi və sosial regional siyasət vasitəsilə həll etmək mümkündür. 

Yəni iş yerləri mərkəzdə deyil, yerlərdə yaradılmalıdır. O zaman həm paytaxtın yükü azalacaq, həm də bölgələrdə həyat daha dinamik və dayanıqlı olacaq”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: İnfrastruktur Razi Nurullayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri