Icma.az
close
up
RU
“Kənddən şəhərə” yarmarkası, yoxsa... KTN susur, qiymətlər isə...

“Kənddən şəhərə” yarmarkası, yoxsa... KTN susur, qiymətlər isə...

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni il yaxınlaşdıqca bir sıra ərzaq məhsullarının qiyməti yüksəlir. Xüsusən də, kəndlərdə, həyətyanı təsərrüfatlarda bəslənilən quşların qiymətində kəskin bahalaşma var.

Məsələn, “kənd beçəsi”nin 1 kiloqramı 10-13 manata, hind toyuğunun kiloqramı cinsindən asılı olaraq 17-22 manat arasında dəyişir.
Bundan əlavə, qaz, ördək və digər quşların da qiymətində kəskin artım var.
Mütəxəssislər hesab edir ki, bu qiymət artımı bir çox hallarda süni yaradılır. Çünki kəndlilər yetişdirdikləri məhsulları gətirib şəhərdə sata bilmir. Bunun üçün lazımi imkanlar yoxdur. Məcburiyyət qarşısında qalan təsərrüfat sahibləri bəslədiyi quşları dəyər-dəyməzinə alverçilərə satırlar.
Onlar da özlərinə məxsus şəbəkələrdə rahatlıqla həmin quşları müştərilərə təqdim edirlər. Hətta Bakı şəhərindəki bazarlara belə xırda təsərrüfat sahiblərinin girişi müşkül məsələyə çevrilib. Ona görə də bu bazarlara üz tutan kəndliləri də qarşılayan və yola salan ancaq alverçilərdir.
Yoxa çıxan yarmarkalar
Kənd Təsərrüfatı Nazirliyi əvvəllər davamlı olaraq “Kənddən şəhərə” yarmarkası təşkil edirdi. Ancaq son bir ildə bu ənənə də pozulub. Yalnız bu günlərdə Nazirlik elan verib ki, Bakı şəhərində bir ünvanda - “Gənclik” metrosu yaxınlığında ənənəvi yarmarka təşkil ediləcək. Təbii ki, milyonlarla əhalinin yaşadığı Bakıda cəmi bir ünvanda yarmarkanın təşkili də faydasızdır.
Bəs nə etməli?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hər nə qədər alverçilər üstünlük təşkil etsələr də, əvvəllər şəhərin ayrı-ayrı ünvanlarında yarmarkalar təşkil edilirdi:
“Bu da qiymətlərə müəyyən təsir edir, alıcıların seçim imkanını artırırdı. Amma nəyə görəsə son zamanlar bu ənənə pozulub. Bundan ən çox faydalanan isə işbazlardır. Onlar marketlər şəbəkələri ilə işbirliyinə gedərək süni şəkildə qiymətləri qaldırırlar.
Kənd Təsərrüfatı Nazirliyinin nəzdində bir qurum var: “Aqrar tədarük və təchizat” ASC. Bu qurumun nəylə məşğul olduğu bilinmir. Yaxşı olardı ki, həmin qurum regionlarda xüsusi tədarük kontorları açsın. Həmin kontorlar da birbaşa kəndlərdə xırda təsərrüfat sahibləri ilə ünsiyyətdə olub, istehsal etdiklərini məhsulları rahat şəkildə onlardan ala bilər. Nəticədə həm istehsalçının marağı artar, həm də süni qiymət artımının qarşısı alınar”.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Lakin cəhdlərimiz faydasız oldu.
Bakı Şəhər Ticarət və Xidmət Departamentindən isə Bizim.Media-ya bildirilib ki, bu il də yeni il yarmarkalarının təşkil edilməsi gözlənilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://mia.az
archiveBu xəbər 13 Dekabr 2024 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri