Kəndlərdə işləyəcək müəllimlərə ödəniləcək əlavə vəsaitlərin həcmi bilindi
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
9.9 min nəfərdən çox gənc mütəxəssisin kəndlərdə yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması məqsədilə 20.1 milyon manat ayrılıb.
Oxu.Az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2026-cı ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatlarında yer alıb.
Bildirilib ki, sözügedən məbləğ onların yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətlərin, yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün nəzərdə tutulub.
Qeyd olunub ki, həmçinin 137 min nəfər müəllim heyətinin sertifikatlaşma proqramında iştirakı və uğur qazanan heyətin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin verilməsinə 212.8 milyon manat vəsait xərclənəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 05 Yanvar 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















