Icma.az
close
up
RU
Kəndlərdə soğanı pulsuz paylayırlar Bakıda niyə baha satılır?

Kəndlərdə soğanı pulsuz paylayırlar Bakıda niyə baha satılır?

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə yayılan görüntülərdən birində satıcının anbar dolusu cücərmiş soğanların üzərinə çıxaraq onları pulsuz payladığı əks olunub. Hadisə həm məhsulun saxlanma şəraiti, həm də vaxtında bazara çıxarılmaması ilə bağlı suallar doğurur. Bu görüntü ərzaq itkisi və anbarlarda düzgün idarəetmənin vacibliyi məsələsini yenidən gündəmə gətirir.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, böyük həcmdə, hətta bir neçə maşın dolusu pomidorun küçələrə və ya su kanallarına boşaldıldığını görmüşəm:

"Eyni vəziyyət qarğıdalı, yemiş və digər kənd təsərrüfatı məhsullarında da müşahidə olunur. Bəzən bu məhsulların zibilliyə atıldığı da olur. Məsələ ondadır ki, fermer və ya satıcı məhsulu yetişdirərkən və bazara çıxararkən ciddi xərclərlə üzləşir. Lakin məhsul satılmadıqda, anbar və saxlanma xərcləri də əlavə yük yaradır. Nəticədə bəzi hallarda fermer üçün məhsulu satmaqdan daha sərfəli onu atmaq kimi qərar vermək məcburiyyəti yaranır".
Ekspert keçmiş dövrlərdən nümunə çəkərək qeyd edib ki, bazarın tələbatı əvvəlcədən dəqiq öyrənildikdə həm itkilərin qarşısını almaq, həm də yüksək qazanc əldə etmək mümkündür. Hazırda isə uyğunsuz bazar qiymətləri və yüksək saxlanma xərcləri kənd təsərrüfatı məhsullarının zibilə atılmasına şərait yaradır.

"Sovet dövründən bir nümunə xatırlayıram. Bir tanışım kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğul olurdu və SSRİ Dövlət Plan Komitəsi ilə əlaqələri vardı. O, əvvəlcədən hansı məhsulun nə qədər tədarük ediləcəyini və bazar tələbatını dəqiq öyrənərək işini planlaşdırırdı və qısa zamanda böyük qazanc əldə etmişdi. Bu, planlaşdırmanın nə qədər vacib olduğunu göstərən bir nümunədir. Çünki kənd təsərrüfatında proqnozlaşdırma olmadıqda, fermerlər eyni məhsulu kütləvi şəkildə əkir, nəticədə bazarda təklif tələbi üstələyir. Bu isə qiymətlərin kəskin düşməsinə və məhsulun rentabelli olmamasına gətirib çıxarır. Bu gün də oxşar vəziyyət mövcuddur. Məsələn, Quba və Qusar kimi bölgələrdə təkcə soğan deyil, bir çox meyvə və tərəvəz məhsullarında eyni problemlə rastlaşmaq mümkündür. Saxlanma xərcləri və bazar qiymətlərinin uyğun olmaması səbəbindən məhsullar ya ucuz qiymətə satılır, ya da məhv edilir",- deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Aprel 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri