Keni Dube: Cənubi Sudanda 72 əyalətdən 41i hazırda daşqınlar altındadır VİDEO AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 18 noyabr, AZƏRTAC
Bu, mənim COP konfransında ilk iştirakımdır. COP29-a gəlməyimin əsas məqsədi tərəflərin üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirməməsini müşahidə etməkdən ibarətdir.
Bunu AZƏRTAC-a müsahibəsində Cənubi Sudanın nümayəndə heyətinin üzvü Keni Dube deyib.
O, ölkəsinin də iqlim problemlərindən əziyyət çəkdiyini qeyd edərək deyib: "Məsələn, hazırda Sudanda yeddi aydan çoxdur ki, quraqlıq davam edir. Bu, həyat tərzimizə ciddi ziyan vurur. Bundan əlavə, həmçinin daşqınlardan da əziyyət çəkirik. Bizim ölkəmizdə 72 əyalət var. Onlardan 41-i hazırda daşqınlar altındadır. İnsanlar bu səbəbdən öz ölkəsindən məcburi köçkün düşüblər, öz torpaqlarına qayıda bilmirlər. Mən iqlim problemlərinin həlli yolunu birgə əməkdaşlıqda görürəm. Biz heç kimi günahlandırmamalıyıq. Hamımız bir araya gəlib, bu problemə qarşı mübarizə aparmalıyıq”.
“COP29 məkanını da çox bəyəndim. Ümumiyyətlə, azərbaycanlılar çox qonaqpərvər və mehriban insanlardır”, - deyən Keni Dube Azərbaycanın ev sahibliyi ilə bağlı təəssüratlarını da bölüşüb.
Baxış sayı:71
Bu xəbər 18 Noyabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















