Keniyada təyyarə qəzası nəticəsində səkkiz macar və iki alman turist həlak olub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Berlin, 28 oktyabr, AZƏRTAC
Keniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər - pilot və on turist həlak olub.
AZƏRTAC “Spiegel” nərşrinə istinadla xəbər verir ki, turistlərdən ikisi Almaniya, səkkizi isə Macarıstan vətəndaşıdır. Pilot isə keniyalı olub.
Təyyarə sahil şəhəri Dianidən məşhur Masai Mara qoruğuna uçarkən qəzaya uğrayıb. Keniya Mülki Aviasiya İdarəsinin (KCAA) məlumatına görə, təyyarə səhər tezdən ölkənin cənubundakı Kvale bölgəsindən havaya qalxıb və qısa müddət sonra Mombasa sahil şəhərindən təxminən 40 kilometr aralıda yerə düşərək partlayıb.
Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:Keniyada təyyarə qəzası: 2 ölü
31 Yanvar 2025 14:24
Keniyada təyyarə qəzası olub, 6 nəfər ölüb KONKRET
07 Avqust 2025 20:39
Keniyada təyyarə qəzası: sağ qalan olmadı Video
28 Oktyabr 2025 13:02
Keniyada yanğın olub
20 Noyabr 2024 14:45
Keniyada təyyarə zürafə ilə toqquşub
08 Avqust 2025 22:23
Baxış sayı:62
Bu xəbər 28 Oktyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















