Keniyalı nazir: Dünya Bankının maliyyəsi təkbaşına gecəqondu problemini həll etmir
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Keniyada qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsi üzrə proqramın uğuru maliyyələşdirmə ilə yanaşı, torpaq məsələsinin həlli və icmaların fəal iştirakı ilə bağlıdır.
“APA-Economics” xəbər verir ki, bunu Keniyanın Torpaq, İctimai İşlər, Mənzil və Şəhərsalma naziri Alis Vahome WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Keniyanın Qeyri-rəsmi Yaşayış Məntəqələrinin Yaxşılaşdırılması Proqramı (KISIP) Dünya Bankının təxminən 350 milyon ABŞ dolları həcmində maliyyə dəstəyi ilə həyata keçirilir.
Alis Vahome qeyd edib ki, yalnız maliyyə resurslarının mövcudluğu kifayət etmir. Proqramın uğuru üçün torpaq məsələsinin həlli və yerli icmaların prosesə cəlb edilməsi həlledici rol oynayır.
Nazirin sözlərinə görə, gecəqondularda yaşayan insanların əksəriyyəti tikililərin sahibi olmasa da, həmin ərazilərdə nəsillər boyu yaşayırlar. Bu isə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsini və beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun sənədləşdirməni əsas çağırışlardan birinə çevirir.
O vurğulayıb ki, sakinlərin iştirakı və torpaq sənədlərinin tənzimlənməsi olmadan qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsi üzrə layihələrin dayanıqlı nəticə verməsi çətindir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 20 May 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















