Keniyanın Dövlət Prokurorluğunun direktoru: Bu, çox uğurlu tədbirdir VİDEO
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 22 sentyabr, AZƏRTAC
"Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" adlı beynəlxalq konfrans Azərbaycan dövləti və Baş Prokurorluğu üçün çox uğurlu tədbir oldu. Bütün dünyada prokurorluğun müstəqilliyi cinayət və ədalət sisteminin ən vacib aspektidir. Məhz bu məsələ bugünkü konfransda müzakirə edildi. Azərbaycanın Baş Prokurorluğu müstəqil bir orqandır, bu da hüququn aliliyinin təmin olunması deməkdir. Eyni vəziyyət Keniya üçün də keçərlidir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Keniyanın Dövlət Prokurorluğunun direktoru Renson İnqonqa deyib.
O bildirib ki, ölkəsinin Konstitusiyasına əsasən, Dövlət Prokurorluğu müstəqil bir qurumdur. Bu da o deməkdir ki, bu orqan heç bir xarici müdaxilə və ya göstəriş olmadan öz səlahiyyətlərini həyata keçirir: “Bu, vətəndaşların hüquqları baxımından son dərəcə vacibdir. Keniya Baş Prokurorluğu ölkədəki bütün cinayət təqiblərinə nəzarət edir. Buraya cinayət işinin başlanması, hökm çıxarılmamışdan öncə işin geri götürülməsi və ya istənilən cinayət işi üzrə nəzarətin öz üzərinə götürülməsi daxildir. Bu isə Dövlət Prokurorluğunun qərar verməkdə tam müstəqil olduğunu açıq şəkildə göstərir. Bu müstəqillik ölkə vətəndaşlarının - istər zərərçəkmiş, istərsə də təqsirləndirilənlərin hüquqlarının cinayət prosesi zamanı qorunmasını təmin edir”.

