Icma.az
close
up
RU
Kennedinin nəvəsi ölümcül xəstəliklə mübarizədə: “Edə biləcəyim heç nə yoxdur”

Kennedinin nəvəsi ölümcül xəstəliklə mübarizədə: “Edə biləcəyim heç nə yoxdur”

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bütün həyatım boyu yaxşı olmağa - yaxşı şagird, yaxşı bacı, yaxşı qız olmağa — anamı qorumaq və onu kədərləndirməmək üçün çalışmışam”

Con Kennedinin nəvəsi Tatyana Şlossberq ona ölümcül qan xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb. AYNA.AZ xəbər verir ki, o bu barədə "The New Yorker" jurnalında dərc olunmuş şəxsi essesində bildirib.

Məqaləyə görə, həkimlərindən biri ona daha bir il və ya bir az çox yaşaya biləcəyini bildirib. O həmçinin əmisi oğlu və ABŞ səhiyyə və insan xidmətləri naziri Robert F. Kennedinin siyasətini tənqid edib.

Kerolin Kennedi və Edvin Şlossberqin qızı Şlossberqə 2024-cü ilin may ayında, cəmi 34 yaşında ikən diaqnoz qoyulub. İkinci uşağının dünyaya gəlməsindən sonra testlər zamanı ağ qan hüceyrələrinin sayının artdığı aşkar edilib - bu, adətən yaşlı xəstələrdə rast gəlinən nadir mutasiyaya malik kəskin miyelogen lösemidir.

Onun essesi Con F. Kennedinin sui-qəsdinin 62-ci ildönümündə dərc edilib.

Ətraf mühit jurnalisti artıq bir neçə kimyaterapiya və iki kök hüceyrə transplantasiyasından - birincisi bacısından, ikincisi isə naməlum donordan - keçdiyini xatırladıb. O həmçinin klinik sınaqlarda iştirak edib və bu sınaqlar zamanı həkiminin ona "məni daha bir il yaşada biləcəyini" dediyini yazıb.

O essesində Robert Kennedinin dəstəklədiyi siyasətin onun kimi xəstələrə zərər verə biləcəyini qeyd edib. Anası Kerolin Kennedi senatorları onun namizədliyini rədd etməyə çağırıb.

"Başqalarının həyatını yaxşılaşdırmağa çalışan həkimlərin, tibb bacılarının və tədqiqatçıların nəzarəti altında getdikcə daha çox vaxt keçirərkən, Bobbinin bəzi xərçəng növlərinə qarşı istifadə edilə bilən bir texnologiya olan mRNA peyvəndləri üzərində aparılan tədqiqatlardan təxminən yarım milyard dollar ayırdığını izlədim", - deyə o yazıb.

Şlossberq iki azyaşlı uşağının onu xatırlamayacağından qorxduğunu qeyd edib. O "incidiyini" və əri Corc Moran ilə birlikdə yaşadığı "gözəl həyatı" davam etdirə bilməyəcəyinə görə dərin kədərləndiyini bildirir. O valideynləri və bacı-qardaşlarının ağrılarını gizlətməyə çalışsalar da, bunu hər gün hiss etdiyini qeyd edib.

O yazır: "Bütün həyatım boyu yaxşı olmağa - yaxşı şagird, yaxşı bacı, yaxşı qız olmağa — anamı qorumaq və onu kədərləndirməmək üçün çalışmışam. İndi onun həyatına, ailəmizin həyatına daha bir faciə əlavə edirəm və bunu dayandırmaq üçün edə biləcəyim heç nə yoxdur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://ayna.az
archiveBu xəbər 24 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri