Kəpəz Azərbaycan çempionatında 350 ci səfər oyununu keçirib
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasının XXVII turu "Kəpəz" üçün əlamətdar olub.
"Cebheinfo.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə klubu Azərbaycan çempionatının yüksək dəstəsində 350-ci səfər oyununu keçirib.
Bu yubiley "Karvan-Yevlax"la matça təsadüf edib.
"Kəpəz" rəqib meydanlarında 164-cü məğlubiyyətini alıb – 1:4. Hesabında 100 qələbə olan qərblilər 86 matçdan bir xalla ayrılıb. 393 qola sevinən Gəncə təmsilçisi 538 top buraxıb.
"Kəpəz" çempionatın tarixində 350 və daha çox səfər matçı keçirən 4-cü komandadır. Yalnız "Qarabağ", "Neftçi" və "Şamaxı"nın hesabında daha çox səfər görüşü var.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 13 Aprel 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















