Kəpəz baş məşqçi axtarışına çıxdı siyahıda yerli və xarici mütəxəssislər var
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Adil Şükürovu istefaya göndərən “Kəpəz” baş məşqçi axtarışlarını davam etdirir. Böyük ehtimalla, komandanı Misli Premyer Liqasının 6-cı turunun “Turan Tovuz”la görüşünə əvəzedici heyətə rəhbərlik edən Xaliq Mərdanov çıxaracaq. Ancaq klub hazırda əsas gücünü yeni baş məşqçi tapmaq üçün səfərbər edib.
Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisinin siyahısında "Şəfa”nın baş məşqçisi Elgiz Kərəmlinin də adı var. Onun paytaxt klubunda gördüyü işlər Premyer Liqa klubun diqqətini çəkib. Belə ki, “Şəfa” II Liqada onun rəhbərliyi altında məğlub olmadan I Liqaya vəsiqə qazanıb və hazırda turnir cədvəlində liderlik edir.
Lakin Kərəmli ilə yanaşı, “Kəpəz” xarici məşqçi variantını da gözdən keçirir. Mövsümün əvvəlində baş məşqçi postuna dəvət ediləcəyi gözlənilən, lakin sonradan təyinatı reallaşmayan Mirça Rednik variantı yenidən gündəmə gəlib. "Standard"(Liej) klubundan ayrıldıqdan sonra işsiz qalmış rumın mütəxəssisin də Azərbaycana geri dönüşü baş tuta bilər. Misli Premyer Liqasında bu mövsüm keçirilmiş 5 turdan sonra turnir cədvəlində sonuncu pillədə qərarlaşmış klub bu ayın sonuna kimi baş məşqçi məsələsini həll etməyə çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 22 Sentyabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















