Icma.az
close
up
RU
Kəpəz faciəsinin adı var: Adil Vəliyev

Kəpəz faciəsinin adı var: Adil Vəliyev

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Bərbad idarəçilik və lazımsız qərarlar üzündən çətin duruma düşən "Kəpəz"də vəziyyət düzələnə oxşamır. Hazırda Gəncə klubundakı gərginlik elə həddə çatıb ki, İdarə Heyətinin üzvləri də nəyin necə olacağını bilmirlər.

Ötən mövsümün sonunda Azər Bağırovu yola salıb yerinə Adil Şükürovu gətirən, bıçaq sümüyə dirənən zaman yenidən Bağırovu postuna qaytaran yenı rəhbərlik hər şeyi taleyin ixtiyarına buraxıb. Əslində, başqa çıxış yolu da yoxdur. İdarə Heyətinin sədri Adil Vəliyev indiyədək "Kəpəz"in texniki heyəti ilə bir dəfə də görüşməyib. Adam nə Gəncəyə gedir, nə də rəhbər kimi komandanın arxasında durmağı bacarır. Vəliyevin əsas kadrı hesab edilən İdarə Heyətinin üzvü Fərman Əlizadə isə nəyisə dəyişə biləcək "çəkidə" və təcrübədə persona deyil. 

Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, lazımsız transferlər sayəsində komandanın maaş büdcəsini artıranlar indi futbolçulara borclu qalıblar. Qələbələr və heç-heçələr üçün planlaşdırılan mükafatların yarıyaqat edilməsi, şübhəsiz, mövcud vəziyyət fonunda başadüşüləndir, amma rəhbərliyin "Kəpəz"ə can yandırmaması daha böyük problemlər vəd edir. Hə, "Qarabağ"ın Çempionlar Liqasındakı inanılmaz performansı səbəbindən UEFA-nın digər Azərbaycan klublarına ödəyəcəyi 800 min avro İdarə Heyətinin sədrini və briqadasını müvəqqəti də olsa, böyük borc burulğanından çıxara bilər. Amma futbolçuların borclarının qismən ödənməsi də hər şeyin qaydaya düşəcəyini söyləməyə heç bir əsas vermir. AFFA vəziyyətə təcili şəkildə müdaxilə etməli, 2,5 milyonluq dövlət dəsətəyindən başqa maliyyəsi olmayan "sarı-göylər"in taleyi ilə oynayanlarla bağlı ölçü götürülməlidir. Hazırda Premyer Liqanın turnir cədvəlində 3 xalla 12-ci - sonuncu pillədə qərarlaşan Gəncə təmsilçisinin "ölümünün" Azərbaycan futbolunun gələcəyinə endirilmiş zərbə statusu daşıyacağı bəlli həqiqətdir. Çox təəssüf ki, hadisələrin inkişaf trayektoriyası qorxunc istiqamətə yönəlir. Başda heç sədr seçildiyi iclasa da qatılmayan Vəliyev olmaqla, klub gələcəyi düşünməyənlərdən təmizlənməli, vəziyyət nəzarətə götürülməlidir. Sonra çox gec olacaq...

Fanat.Az
 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://fanat.az
archiveBu xəbər 12 Noyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri