Icma.az
close
up
RU
“Kəpəz” ilk qələbəsini qazandı, “Qarabağ” isə liderliyə yüksəldi Tura baxış

“Kəpəz” ilk qələbəsini qazandı, “Qarabağ” isə liderliyə yüksəldi Tura baxış

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli komandaların oyunu ilə əlaqədar Premyer Liqaya verilən ara başa çatdı və komandalar iki həftəlik fasilədən sonra meydana çıxdı. Bu tur “Kəpəz”in ilk qələbəsini qazanmasıyla əlamətdar oldu. “Qarabağ” isə qonaq qismində çıxdığı “Azərsun Arena”da “Turan Tovuz”u məğlub etməklə liderlikyə yüksəldi.

“Şamaxı”– “Kəpəz” 1:4 
Qollar:
Sezar Enrike, 11 - Fərid Nəbiyev, 34; 39. Luis Paçu, 67-pen; 85.
Abdulaye Şuaybu, 45+1 ("Şamaxı") - qırmızı.
“Şamaxı”: 1. Rikardo Fernandes (k), 80. Həbib İsmayılov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara.
Baş məşqçi: Ayxan Abbasov.
“Kəpəz”: 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 11. Vitor Feijao, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 10. Ryonosuke Ohori, 38. Cefferson Bentu.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 55. Kresus Donqo, 6. Pedro Qomeş.
Baş məşqçi: Azər Bağırov.

Görünən odur ki, Ayxan Abbasovun millinin düşərgəsində olması və “Şamaxı”dan uzaq qalması komandasının ziyanına işləyib. “Şamaxı”nın doğma meydanda “Kəpəz”ə 1:4 hesabıyla məğlub olmasına başqa cür izah vermək çətindir. Sezar Enerikinin hesabı açdığı oyunda hadisələrin bu ssenari ilə inkişaf edəcəyini heç ən nikbin gəncəli azarkeş də proqnozlaşdıra bilməzdi. Mövsümün əvvəlindən qələbəyə həsrət qalan “sarı-göylər” gedişatı öz xeyirlərinə dəyişməyi bacardılar. Azər Bağırovun gəlişi bu dəfə də “Kəpəz”in xeyrinə oldu. “Şamaxı”nın azlıqda qalması da gedişata təsir etdi. Amma “Kəpəz”in layiqli qələbə qazandığını da qeyd etməliyik.
4:1 hesablı qələbə “Kəpəz”ə 3 xal qazandırsa da, sonuncu pilləni tərk etmək mümkün olmadı. 7-ci pillədə qərarlaşan “Şamaxı”nın isə 9 xalı var.

“Turan Tovuz” – “Qarabağ” 1:2 
Qollar:
Alexandro Serrano, 40-pen. - Nəriman Axundzadə, 55. Abdullah Zubir, 63.
“Turan Tovuz”: 1. Oleq Baklov 29. Filip Ozobiç 88. Faiq Hacıyev (k) 5. Roderik Miller 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 3. Enrike Silva 99. Vadji İbrahima.
Baş məşqçi: Kurban Berdiyev. 
“Qarabağ”: 99. Mateus Koxalski 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 3. Sami Mmae 2. Mateus Silva 18. Dani Bolt 15. Leandro Andrade 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 27. Toral Bayramov 7. Nəriman Axundzadə 8. Marko Yankoviç 6. Kris Kuaku 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

“Qarabağ” “Azərsun Arena”ya qonaq qismində çıxmışdı. Amma Qurban Qurbanovun komandası özünü əsl meydan sahibi kimi aparmağı bacardı. “Turan Tovuz” hesabı açan tərəf olsa da, meydandan xalla ayrılmaq mümkün olmadı. “Qarabağ”a 1:2 hesabıyla məğlub olan Tovuz təmsilçisi liderliyi də “köhlən atlar”a təhvil verdi. Serranonun 40-cı dəqiqədə penaltidən vurduğu qola ikinci hissədə Nəriman Axundzadə ilə Zubir cavab verdi. Hesabda önə çıxdıqdan sonra “Qarabağ” oyuna nəzarəti əlində saxladı və vacib 3 xal qazanmağı bacardı.
Bir oyunu ehtiyatda olan “Qarabağ” 16 xalla birinci pilləni özününküləşdirdi. “Turan Tovuz”un isə 15 xalı var və qərblilər liderin ən yaxın izləyicisidir.

"İmişli" – "Qəbələ" 2:2  
Qollar:
Ronaldo de Souza, 74. Dioqo Almeyda, 80 - Domi Massumo, 43. İbrahim Sanqare, 47.
"İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 5. İdris İnqilablı, 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 7. Luis Silvestr. 
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 17. Ezekiel Morqan. 
Baş məşqçi: Jorj Kaşkilya. 
“Qəbələ”: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 14. Domi Massumo. 
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 25. Nicat Kərimov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 70. Paulo Quimbila. 
Baş məşqçi: Kaxaber Tsxadadze.

“İmişli” gərgin keçən qarşılaşmada əzmkarlıq göstərərək bir xal qazandı. Ağır meydanda 0:2 hesabıyla geri düşən əyalət komandası toparlanmağı bacardı. Məlum məsələ idi ki, bir gün əvvəl “Kəpəz”in qələbə qazanması hər iki komandanın məsuliyyətini artırmışdı. Məğlub olan tərəf ağır itki vermiş sayılacaqdı. Ona görə də tərəflər sona qədər amansız mübarizə apardılar. Palçıqlı meydana baxmayaraq, azarkeşlər bolqollu qarşılaşma izlədilər. İki top fərqi ilə önə keçən “Qəbələ” bu fərqi qoruya bilmədi. “İmişli” qısa müddət ərzində bu qolların əvəzini çıxaraq məğlubiyyətdən qaçmağı bacardı. 
2:2 hesablı heç-heçə tərəflərə 1 xal qazandırdı. Xalını 9-a çatdıran “İmişli” 8-ci pillədədir. 10-cu yerdəki “Qəbələ”nin isə 5 xalı var.

"Sumqayıt" – "Karvan-Yevlax" 4:1 
Qollar:
Ronaldo Vaskez, 12. Aleksandr Ramalinqom, 55, 65. Aleksa Yankoviç, 60 - Coy Sleyd Mickels, 43.
“Sumqayıt”: 1. Mehdi Cənnətov (k) 6. Rauf Rüstəmli 75. Nadir Orucov 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 14. Pedro Pinto 72. Rayan Senhadji 23. Ronaldo Vaskez 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 56. Aftandil Arixov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə 21. Nihad Əhmədzadə 66. Ruslan Əliyev 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 25. Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç
“Karvan-Yevlax”: 1. Kamran İbrahimov 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 20. Coy Sleyd Mikels 2. Şakil Sno 19. Tompson Qavi 3. Said İranxan 8. Peter Kinqs 21. İmani Barker 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 7. Araz Abdullayev 32. Elvin Yunuszadə 18. Süleyman Əhmədov 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 12. Vitor Roşa 11. Kayl Spens 37. Mois Nqvisani 10. Samuel Durrant
Baş məşqçi: Azər Həşimov

Bu tur “Sumqayıt”la “Karvan-Yevlax” üçün də düşərli oldu. “Sumqayıt” uzun fasilədən sonra qələbə qazandı. Özü də böyük hesabla. Yevlax təmsilçisi isə “qol orucu”nu pozdu. “Karvan-Yevlax”ın sonuncu dəfə nə vaxt qol vurduğunu az qala azarkeşləri də unutmuşdu. Mikelsin vurduğu qol hesabı bərabərləşdirsə də, sonda məğlubiyyətdən qaçmaq üçün yetərli olmadı. Çünki meydan sahibləri bundan sonra daha üç dəfə fərqlənməklə 4:1 hesabıyla qələbə qazandılar. Bununla da Saşa İliçin başının üzərini alan qara buludların da dağıldığını söyləmək olar.
“Sumqayıt” 14-cü xalını qazandı və 5-ci pillədə özünü rahat hiss edə bilər. Cəmi 5 xal toplayan “Karvan-Yevlax” isə yalnız “Kəpəz”i qabaqlayır ki, bu da müvəqqəti hala bənzəyir.

"Sabah" – "Zirə" 3:0 
Qollar:
Aron Maluda, 43. Velko Simiç, 45+2; 75.
"Sabah": 92. Stas Pokatilov (k), 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 21. Velko Simiç, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 6. Abdulla Xaybulayev, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
"Zirə": 97. Tyaqo Silva, 70. Namik Ələskərov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 26. Stefan Akka, 4. Ruan Renato, 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili, 93. Brahim Konate, 11. Junior Martins, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 43. Əhliman Süleymanzadə, 28. Leroy Mikels, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

“Zirə” də bu tur ilk yaşayanlar sırasındadır. Amma bir qədər fərqli şəkildə. Qəsəbə təmsilçisi bu tur ilk məğlubiyyətini aldı. “Sabah” “Zirə”nin qapısına 3 cavabsız top vurmaqla “əzələ nümayişi” etməyi bacardı. Hər halda hesabdakı üstünlük oyunun hansı ssenari ilə keçdiyini də göstərir. Maluda ilə Simiç qolları ilə “Sabah”ın vacib qələbəsinə böyük töhvə vermiş oldular. “Zirə” isə azarkeşlərini üzməklə yanaşı baş məşqi Rəşad Sadıqovu da qayğılandırdı. Komandanın oyunundakı düşüş açıq-aşkar hiss edilir.
“Sabah” qələbə sayəsində xalını 14-ə çatdırdı və 4-cü pilləyə yüksəldi. 13 xallı “Zirə” isə altıncıdır.

"Neftçi" – "Araz-Naxçıvan" 2:2 
Qollar:
Basala Sambu, 19. Emin Mahmudov, 57 - Simakala, 36. 47.
“Neftçi”: 13. Kenan Piriç, 5. İqor Ribeyro, 6. Sessi D’Almeyda, 8. Emin Mahmudov (k), 9. Bassala Sambu, 10. Freddi Varqas, 11. İmad Faraj, 15. Elvin Bədəlov, 23. Cordan Rezabala, 24. Mustafa Sek, 77. Falaye Sako.
Baş məşqçi: Samir Abasov
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 14. Edvin Kuç, 17. Murad Xaçayev, 18. İfeanyi Metyu, 19. Ağadadaş Salyanski, 22. Luis Ortis, 27. Kristian Kostin, 28. Alessio Kurçi, 47. Murad Məmmədov.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 17. İssouf Paro, 5. Slavik Alxasov, 6. Patrik Andrade, 24. Mustafa Əhmədzadə, 8. Coşqun Diniyev, 10. Felipe Santos, 70. Çarles Boli, 11. Chance Simakala.
Ehtiyat oyunçular: Əhmədli, Qarayev, Vanderson, Rodriqes, Keyta, İsgəndərov, Bruno, Buludov, Mustafayev, Kohen, Maçado.
Baş məşqçi: Elmar Baxşıyev

“Neftçi” yenə də qələbə qazana bilmədi. Paytaxt klubu hesabı açan tərəf olsa da, çox keçmədi ki, məğlub duruma düşdü. Məhz bunun nəticəsidir ki, sonra 1 xala da sevinməli oldular. Kamerunlu forvard Abubakarın VİP tribunadan izlədiyi qarşılaşmada “Neftçi” “Araz Naxçıvan”ı üstələyə bilmədi. Yəqin ki, təcrübəli Abubakar da onu necə çətin günlərin gözlədiyini gördü. “Neftçi”nin az qala bütün xətlərində problem var. Qapıçı və müdafiəçilər inamsız çıxış edir, hücumçular isə kəsərsizdir. Bundan yararlanan “Araz Naxçıvan” da vacib səfər oyunundan xalla ayrılmağı bacardılar. Hətta qələbəyə daha yaxın tərəf Elmar Baxşıyevin yetirmələri idi.
15 xallı “Araz Naxçıvan” “Qarabağ”dan 1 xal geri qalmaqla üçüncü pilləni tutur. 9-cu sıradakı “Neftçi”nin 9 xalı var.

Amal Abuşov

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://fanat.az
archiveBu xəbər 20 Oktyabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see263

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see179

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see165

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see131

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see130

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri