Icma.az
close
up
RU
Kəpəz in müdafiəçisi: Premyer Liqada qalmağı təmin etdiyimizi düşünmürük

Kəpəz in müdafiəçisi: Premyer Liqada qalmağı təmin etdiyimizi düşünmürük

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Kəpəz"in müdafiəçisi Rauf Hüseynli Sportal.az saytına müsahibə verib:

- Maraqlı oyun oldu, yaxşı mübarizə apardıq. Bir az çətin idi. Düşünürəm ki, ilk hissədə yaxşı oyun sərgiləyə bildik. Bizim də, rəqibin də qol fürsətləri oldu. Yaratdığımız epizodlardan istifadə edə bilmədik. Nəticədə heç-heçə qeydə alındı.

- Səncə, qələbəyə daha yaxın olan tərəf kim idi?

- Rəqibə baxanda bizim yüz faizli epizodlarımız daha çox oldu. Fərqlənə bilərdik. Amma oyunun ədalətli nəticəsi elə heç-heçə idi.

- Camal Cəfərov 3 epizodu dəyərləndirə bilmədi. Səncə, fərqlənmək üçün nə çatmadı?

- Camalın "Səbail"lə oyunda sonradan meydana daxil olub qol vurması yadıma düşür. Hər matçda çox çalışır, əziyyət çəkir. Tək hücumda yox, müdafiədə də komandaya kömək edir. Belə hallar hər futbolçunun başına gələ bilər, tək Camal deyil.

- "Səbail"lə xal fərqi 8-ə yüksəldi. Artıq "Kəpəz"in Premyer Liqada qalmağı təmin etdiyini demək olar?

- Bu, futboldur, hər şey ola bilər. Biz növbəti oyuna köklənirik. Premyer Liqada qalmağı təmin etdiyimizi düşünmürük. Bizi "Şamaxı" ilə çətin oyun gözləyir.

- Növbəti turda qələbə qazansaz, turnir cədvəlində 7-ci pilləyə qalxa bilərsiz. "Şamaxı" ilə səfər matçından gözləntilərin nədir?

- Çətin olacaq. Meydana çıxıb yaxşı mübarizə aparmalıyıq. Hər matçda olduğu kimi Şamaxı səfərində də 3 xal üçün oynayacağıq. Çalışacağıq ki, yaxşı nəticə qazanaq.

- "Kəpəz" 7 oyundur ki, evdə məğlub olmur. Gəncədə oynasaz, bu statistika daha da yaxşı ola bilərdi?

- Nəsə demək çətindir. Amma təbii ki, oranın atmosferi tamam başqadır. Bizim üçün daha rahat olardı, stadiona daha çox azarkeş gələrdi. Növbəti mövsümdə artıq öz evimizdə oynayacağıq.

- Təbii örtüklü meydançada məşq edib oyunları süni örtükdə keçirirsiz. Bu, performansınıza necə təsir edir?

-  Meydançanı dəyişəndə zədələr daha çox olur. Bu, qaçılmazdır. Təbii örtükdə oynamaq daha yaxşıdır, nəinki sünidə. Gələn ildən bu problem də həllini tapacaq.

- Oyunun sonlarında zədələndin. Durumun necədir?

- Müayinədən keçəndən sonra dəqiq bilinəcək. Ayağımda ağrı hiss etdim. Əslində 70-ci dəqiqədən hiss edirdim. Sonradan gördüm ki, dözülməzdir, əvəzlənməyimi istədim.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://sportal.az
archiveBu xəbər 14 Aprel 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri