Kəpəz in qapıçısı: Oyunda istədiyimiz keyfiyyəti görə bilmədik
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İmişli" ilə oyunda komanda şəkilində yaxşı mübarizə apardıq. Yaxaladığımız şanslardan istifadə etməməyimiz və meydan amili qələbə qazanmağımıza mane oldu. Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in qapıçısı Yusif İmanov deyib.
23 yaşlı qolkiper komandasının Misli Premyer Liqasının 19-cu turu çərçivəsində "İmişli" ilə oyun haqda fikirlərini bölüşüb:
"Bu cür meydançada futbol oynamaq çətindir. Oyunda istədiyimiz keyfiyyəti görə bilmədik. 90 dəqiqə ərzində üstün olan tərəf biz idik. Şanslarımız çox idi, amma belə meydançada futbol oynamaq olmaz. Liqada qalmaq? Şanslarımız eynidir. Qarşıda oyunlarımız var və bu oyunlarda maksimum nəticə qazanmağa çalışacağıq".
İmanov "Kəpəz"in növbəti turdakı rəqibi "Neftçi" haqda söz açıb:
"Təbii ki, "Neftçi" kimi zəngin heyətə malik olan komandaya qarşı oynamaq çətin olur. Amma belə görüşlərdər futbolçu inkişaf edir. Əlimizdən gələni edəcəyik ki, oyundan qələbə ilə ayrılaq".
Qeyd edək ki, Quba OİK stadionunda keçirilən "İmişli" "Qarabağ" matçı 0:0 hesabı ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 12 Fevral 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















