Kəpəz keçmiş məşqçisini qaytardı
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Məşqçi Azər Bağırov "Kəpəz" futbol klubu ilə razılığa gəlib.
Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında mütəxəssis özü bildirib.
O, bir çox məsələlərdə razılıq əldə olunduğunu söyləyib:
"Demək olar, razılaşmışıq. Sadəcə, tam olaraq rəsmi bir şey olmadığı üçün uzun-uzadı danışa bilmərəm. İnşallah, rəsmiləşsin, hədəflərimiz barədə danışacağıq".
Qeyd edək ki, "Kəpəz" daha əvvəl baş məşqçi Adil Şükürovla vidalaşıb. Komanda Misli Premyer Liqasında keçirdiyi altı matçda məğlub olub.
Azər Bağırov 2024/25 mövsümündə də Gəncə klubunda işləyib.

“Kəpəz” sabiq legionerini qaytardı
05 Avqust 2025 17:31
“Kəpəz” sabiq oyunçusunu qaytardı
30 İyul 2025 22:04
Kəpəz yeni anlaşdığı legioneri geri qaytardı
09 İyul 2025 16:55
Premyer Liqa klubu keçmiş məşqçisini geri qaytardı FOTO
22 Fevral 2025 20:59
“Kəpəz” keçmiş futbolçusunu heyətinə qatdı
03 Fevral 2025 17:32

