“Kəpəz” klubu sabiq futbolçusunu geri qaytara bilməyib
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Kəpəz” klubu sabiq futbolçusu Rati Ardazişvilini geri qaytara bilməyib.
Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun sözlərinə görə, qış fasiləsində heyəti gücləndirmək üçün yarımmüdafiəçi ilə təmasa keçiblər.
“Bu futbolçunu tanıyırıq, oyun üslubu bizə tanışdır. Düşündük ki, uyğunlaşma problemi yaşamayacaq. Lakin maliyyə şərtləri uyğun gəlmədi. Rati başqa klubdan daha sərfəli təklif alıb. Ona görə keçidi alınmadı”, - deyə o, “Report”a açıqlamasında bildirib.
A.Bağırov qışda başqa futbolçularla yolları ayırmağı düşünmədiklərini sözlərinə əlavə edib:
“İki futbolçu - Kaçper Rosa və Pedru Qomeş ilə yolları ayırdıq. Başqa oyunçuların getməsini istəmirik. Çünki heyətimiz elə də geniş deyil. Hazırda danışıq apardığımız yerli futbolçular var. Onların keçidini həll etmək istəyirik. Legioner cəlb ediləcəksə, istəyirik ki, Azərbaycanda və ya “Kəpəz”də çıxış etmiş futbolçu olsun. Çünki uyğunlaşma ilə bağlı problem yaşamasını istəmirik. Oyununa bələd olduğumuz futbolçuların xidmətindən yararlanmağı düşünürük”.
Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasının 2025/2026 mövsümünün ilk yarısını 9 xalla onuncu sırada tamamlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 24 Dekabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















