Kəpəz Şamaxı ya qarşı
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
Misli Premyer Liqasının 4-cü turunun ilk oyun gününə Gəncədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, yerli "Kəpəz" "doğma divarlar" arasında "Şamaxı"nı qəbul edir.
Geridə qalan 3 turdan sonra aktivində 3 xal olan "sarı-göylər" turnir cədvəlinin 7-ci, qonaqlar isə 2 xalla 9-cu pilləsində qərarlaşıb. Matça intriqa qatan məqamlardan biri də hazırda "Şamaxı"nın "sükanı arxasında" olan Azər Bağırovun ötən mövüm "Kəpəz"i çalışdırmasıdır.
Qeyd edək ki, turun digər oyunları sabah və bazar günü keçiriləcək.
Misli Premyer Liqası
I dövrə, IV tur
20:15. "Kəpəz" - "Şamaxı"
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: Nicat İsmayıllı
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Gəncə. Şəhər stadionu.
Baxış sayı:109
Bu xəbər 04 Sentyabr 2026 09:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















