Icma.az
close
up
RU
“Kəpəz” sevindi, Diniyev növbəti məğlubiyyətə dözmədi

“Kəpəz” sevindi, Diniyev növbəti məğlubiyyətə dözmədi

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Kəpəz (Gəncə) – Səbail (Bakı) 1:0 (0:0)
1. Rojerio Santos – 6,0
2. İlkin Qırtımov – 5,5
3. Mahamadu Ba – 6,0
(12. Turan Manafov, 86) – qiymətsiz
78. Yeqor Xvalko (k)
5. Rauf Hüseynli – 5,5
11. Orxan Əliyev – 4,5
(19. Lassana Ndiaye, 55) – 5,0
7. Ehtiram Şahverdiyev – 5,5
70. Nicat Süleymanov – 5,0
(21. Camal Cəfərov, 55) – 6,5
26. Valdemar Almeyda – 5,0
(99. Əli Səmədov, 64) – 4,5
77. Viktor Braqa – 5,0
(10. Karim Lkoça, 64) – 4,5
9. Luis Paçu – 6,0
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
80. Tural Rzayev
8. Elmir Tağıyev
20. Mahir Həsənov
17. Ümid Səmədov
15. Cavad Kərimov
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı : Camal Cəfərov
1. Hüseynəli Quliyev – 6,0
74. Yusif Nəbiyev (k) – 5,5
44. Amir Bilali – 5,5
3. Dmitri Litvin – 5,5
18. Süleyman Əhmədov – 5,0
20. Mərt Çəlik – 6,0
11. Rüfət Abdullazadə - 6,0
(19. Samir Abdullayev, 86) – qiymətsiz
83. Nihad Quliyev – 5,0
8. Qorka Laruçça – 5,5
77. Fərid Nəbiyev – 5,5
(10. David Qomis, 82) – qiymətsiz
14. Suleyman Alluş – 6,5
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
6. Cabir Əmirli
15. Vüsal Məsimov
17. Gülağa Əsədov
16. Emin Rüstəmov
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Suleyman Alluş
Qol: C.Cəfərov, 90+5.
Vərəqələr: R.Hüseynli, 67 (qeyri-idman hərəkəti). Ə.Səmədov, 88 (qeyri-idman hərəkəti). İ.Qırtımov, 90+5, (qeyri-idman hərəkəti). V.Almeyda, 90+5 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Cavid Cəlilov (Bakı).
VAR hakiminin köməkçisi: Teymur Teymurov (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
3 noyabr. Tovuz. Şəhər stadionu. 400 tamaşaçı (6800 yerlik).
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Tovuzda keçirilən qarşılaşma hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyırdı. “Kəpəz” “Səbail”lə aradakı xal fərqini “əritmək” niyyətindəydisə, “dənizçilər” turnir cəvvəlində “Neftçi”ni geridə qoymaq istəyirdi.
İlk dəqiqələrdə üstünlüyü ələ alan “Səbail” real qol vəziyyəti yaratmaqda çətinlik çəkirdi. 12-ci dəqiqədə Fərid Rüfətə ötürmə verdi, ancaq Abdullazadənin uzaqdan zərbəsi qeyri-dəqiq oldu. 24-cü dəqiqədə Paçu Baya doğru ötürmə verdi. Mahamadunun dapı qarşısına ötürməsi zamanı Bilali tərs toxunuşla topu meydandan çıxardı. 30-cu dəqiqədə Alluş Rüfətin ötürməsini qəbul edib, irəliləmək istəsə də, Rauf mane oldu. Qayıdan topa yaxınlaşan Yusif Nəbiyev zərbə vurdu, ancaq “çərçivə”ni yox, tablonu nişan aldı. 42-ci dəqiqədə “Kəpəz” hesabı açmağa yaxın oldu. Braqa Paçunun qapı qarşısına ötürməsini başla tamamlamaq istəsə də, Hüseynəli Quliyev inanılmaz reaksiya ilə topun tora qovuşmasına imkan vermədi.
2-ci hissə də qarşılıqlı hücumlar şəraitində keçdi. 50-ci dəqiqədə Fərid Nəbiyevdən ötürmə alan Rüfət Abdullazadə topu sağa çevirərək zərbə endirsə də, Rojerio yerində idi. Qarşılaşmanın 59-cu dəqiqəsində Camal Cəfərov yerdə qalana qədər mübarizə aparsa da, Alluşdan topu ala bilmədi. Alluş isə irəliləyib cərimə meydançasına daxil oldu. Niderlandlı yarımmüdafiəçi cərimə meydançası daxilində də bir rəqibdən sıyrılıb zərbə vursa da, Rojerio topu küncə çıxarmağı bacarır. Cəmi 2 dəqiqə sonra “Səbail” hesabı açmağa yaxın oldu. Rüfət Abdullazadə bir qədər geridə olan Litvinə doğru ötürmə verdi. Dmitri topu Alluşa ötürdü, onun uzaqdan baxımlı zərbəsi qapı tirinə tuş gəldi. Artıq hər kəs oyunun heç-heçə bitəcəyini düşündüyü anda hesab açıldı. Ehtiramın qapı qarşısına ötürməsini Mərt Çəlik uzaqlaşdıra bilmədi. Topa ilk yaxınlaşan Camal Cəfərov dəqiq zərbə vurdu – 1:0. Beləliklə, “Kəpəz” cari mövsümdə 2-ci qələbəsini qazandı, “Səbail” isə 9-cu məğlubiyyətlə barışdı. Oyundan dərhal sonra Şahin Diniyev istefasını açıqladı.
Gözdənqaçmadı
* Orxan Əliyev meydanı əsəbi şəkildə tərk etdi.
* “Kəpəz”in futbolçuları qələbəni “Xəmsə”nin önündə qeyd etdi.
ƏSƏD SEYİDOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Noyabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri