Icma.az
close
up
RU
“Kəpəz” sınaq laboratoriyası deyil!

“Kəpəz” sınaq laboratoriyası deyil!

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Klub yeni mövsüm ərəfəsində ağır durumdadır

İki ay qabaq nəinki öz ənənəsi olan “Kəpəz” azarkeşləri, qədim şəhərin futbol ictimaiyyəti, az qala bütün şəhər, nəhayət, dərindən nəfəs aldı, “sponsor tapıldı” deyərək Gəncə sevincli günlərini yaşadı.

Şəhər, rayon var ki, orada öz klubunu yalnız müəyyən dairələr, futbol fanatları izləyir və ona azarkeşlik edir. Gəncədə isə elə deyil. Burada maraq üçün əhali arasında bir sorğu aparsaq, inanın ki, 10 nəfərdən ən azı 8 nəfər sənə “Kəpəz”in dünəni, bugünü haqqında məlumat verəcək, onun 3 dəfə qızıl medal aldığını deyəcək, 4 dəfə Azərbaycan kubokunu Gəncəyə gətirdiyini bildirəcək. Söyləyəcək ki, ölkə klubları arasında “Kəpəz”in rekordunu sonralar təzələyən yeganə komanda “Qarabağ” olub.

Lakin “Kəpəz”in şan-şöhrəti 80-ci illərin sonlarında qaldı. Klub getdikcə geriləməyə başladı, hətta birinci liqaya düşdü, ağır günlər yaşadı. Yüksək liqaya qayıtdıqdan sonra da vəziyyət düzəlmədi. Rəhbərliyin biri gəldi, biri getdi, ildə bir dəfə baş məşqçi dəyişdi. Vəziyyət isə düzəlmədi ki, düzəlmədi. Çünki federasiya tərəfindən ayrılan məbləğ klubun ancaq müəyyən tələblərini ödəyə bilirdi. Sponsorsuz öz məqsədinə çatmaq isə çətin idi.

Əslində, “Kəpəz”dən başqa demək olar bütün klubların sponsoru var idi və bu, istər-istəməz özünü göstərirdi. Bir tərəfdən də stadionun yararsız hala düşməsi, komandanın gah Qəbələdə, gah Tovuzda, Bakıda, özgə meydanlarında azarkeşsiz oynaması çətinlik yaradırdı və son illər klub bir güç-bəla ilə premyer liqada qala bilmişdi. İnsafla desək, bir-birini əvəz edən baş məşqçilərin – Tərlan Əhmədovun, Adil Şükürovun, Azər Bağırovun sayəsində və təbii ki, klubun idarə heyətinin sədri İlqar Nadirin köməyi nəticəsində “Kəpəz” hər dəfə sonuncu yerlərdən hər halda güc-bəla ilə xilas ola bilirdi və yüksək liqada qalırdı.

Lakin yazının əvvəlindəki fikrə qayıdaraq qeyd edək ki, bu ilin may ayında hamının çoxdan və həsrətlə gözlədiyi sponsor – Namiq Qədirov gəlib çıxdı. Öz ayağı ilə gəldi, ya onu dəvət etdilər, deyə bilmərik, hər halda gəldi. Dedilər tanınmış iş adamıdır, əslən Gəncədəndir və sair. Lap yaxşı. Hiss olunurdu ki, ciddi adamdır, sözünün üstündə durandır, məqsədi Gəncə klubunun əvvəlki şöhrətini geri qaytarmaqdır. Təbii ki, onu kluba dəvət edən adamlar var idi və onların da klubun yeni idarə heyətinə salınması gözlənilən idi. Beləliklə, Namiq Qədirov klubun ictimai birliyi idarə heyətinin sədri, Adil Vəliyev, Afiq Süleymanov, Fərman Əlizadə, Erkin İbrahimov isə idarə heyətinin üzvləri seçildilər. Fərman Əlizadə idarəçilik üzrə, Erkin İbrahimov isə idman məsələləri üzrə müşavir təyin olundu. Sonuncu ölkədə tanınmış futbol meneceri olub və indinin özündə də bu işlə məşğuldur.

Aydındır ki, yeni gələn rəhbər klubun maliyyə-təsərrüfat vəziyyətini yoxlamadan onu təhvil götürə bilməzdi. Aparılan audit də göstərdi ki, İlqar Nadirinin rəhbərlik etdiyi dövrdə heç bir pozuntiya yol verilməyib. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, son bir neçə ildə “Kəpəz”in, necə deyərlər, ayaq üstə dayanmasının əsas səbəbkarı, elə İlqar Nadirinin özüdür. Nə qədər təxribatlara çəkilsə də, hücumlara məruz qalsa da, sübut etdi ki, “Kəpəz” onun üçün hər şeydən üstündür.

...Amma günlərin bir günü xəbər çıxdı ki, yeni sponsor, idarə heyətinin sədri Namiq Qədirov klubla vidalaşmaq istəyir. Səbəb də budur ki, ondan əsas kluba maliyyə yardımı etməkdən əlavə digər məsələlərə, o cümlədən uşaq futbolunun inkişafı üçün da vəsait ayırmağı tələb edirlər. Narazılıq da elə bundan sonra başladı. Namiq Qədirov əvvəlcə klubu dirçəltmək, komandanın ehtiyaclarını ödəməyin vacib olduğunu, daha sonra qaldırılan məsələlərlə məşğul olunacağını bildirsə də idarə heyəti üzvləri arasında razılıq əldə olunmadı və yeni sponsor heç işə başlamamış bu vəzifəsindən istefa verərək vidalaşdı...

Bir qədər sonra idarə heyəti sədrinin idman məsələləri üzrə müşaviri Erkin İbrahimov da klubda qala bilməyəcəyini bildirdi. Yeni idarə heyəti üzvlərindən yalnız Adil Vəliyev və idarəçilik üzrə müşavir Fərman Əlizadə qaldı. Məlumat üçün deyək ki, Adil Vəliyev tanınmış simadır, əslən Gəncədəndir. Ciddiliyi ilə yadda qalır və ən başlıcası Gəncə klubuna xüsusi rəğbəti var. Əgər yeni heyət təsdiq olunarsa və Adil Vəliyev bu postu tutmağa razılıq verərsə, təəccüblənmək yox, sevinmək lazımdır...

Nə isə, bu gün-sabah növbəti çempionat başlanır, amma ağır olan odur ki, klub bilmir rəhbəri kimdir, gətirilən oyunçuların taleyi necə olacaq, başqa məsələlər yenə göydən asılıımı qalacaq?

Dünən “Kəpəz”in uzaqdan da olsa, 5-10 dəqiqə məşqini izlədim. Köhnə oyunçuların çoxu, yəni 11 nəfər klubdan ayrılıb. Adil Şükürova nə qədər böyük hörmətim olsa da, Azər Bağırovla yenidən müqavilə bağlanmamasına təəccübləndim və bu addımı heç cür başa düşmədim. Çox mübariz əhval-ruhiyyəli bir komanda yaratmışdı. İndi təzə gələn futbolçular kimdir, nəçidir, nəyə qadirdilər, bilmək də olmur.

Üzərinə “Kəpəz” yazılmış, “buna da min şükür” deyilən nimdaş görkəmli avtobusun yanından keçdim və nədənsə qanım qaraldı. Fikirləşdim ki, bu nə oyundur tez-tez “Kəpəz”in başına gəlir? “Kəpəz” eksperiment, sınaq laboratoriyası, “qaz vurub qazan doldurmaq”, öz ambisiyalarını yeritmək məkanı deyil axı!

Gəncə azarkeşləri artıq son tamamlama işləri görülən stadionlarında, nəhayət, əsl futbol, əsl “Kəpəz”, bizim tanıdığımız, gözümüz öyrəşdiyi, fəxr etdiyi “Kəpəz”i görmək istəyirlər. Gəlin inanaq ki, Gəncə azarkeşləri tezliklə bu arzularına çatacaqlar.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Gəncə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyul 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri