Kəpəz son dəqiqə qolu ilə Səbaili məğlub etdi
Bu gün Misli Premyer Liqasında 12-ci tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək. İlk olaraq 10-cu pillədəki "Kəpəz" 9-cu yerdəki "Səbail"i qəbul edib. Qarşılaşma Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "Kəpəz" turnir cədvəlində 6 xalla 10-cu, "Səbail" isə 7 xalla 9-cudur.
Digər matçda isə "Sumqayıt" "Sabah"la üz-üzə gələcək.
3 noyabr
16:00. “Kəpəz” – “Səbail” - 1:0
Qol: Camal Cəfərov, 90+5
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev
Tovuz şəhər stadionu.
19:00. “Sumqayıt” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
M.Hüseynzadə adına stadion
1 noyabr
“Neftçi” - “Araz-Naxçıvan” - 0:1
“Turan Tovuz” - “Qarabağ” - 0:0
2 noyabr
"Şamaxı” - “Zirə” - 0:2
N Klublar O Q H M T-F X 1 Qarabağ 11 9 1 1 28-6 28 2 Turan Tovuz 12 7 4 1 18-9 25 3 Araz-Naxçıvan 11 7 3 1 14-10 24 4 Zirə 11 6 2 3 18-8 20 5 Sabah 11 4 5 2 20-16 17 6 Şamaxı 11 3 3 5 8-13 12 7 Sumqayıt 11 3 1 7 9-15 10 8 Neftçi 12 1 6 5 9-17 9 9 Səbail 12 2 1 9 15-22 7 10 Kəpəz 12 2 0 10 8-31 6Bombardirlər:
Cesse Sekidika ("Sabah") - 6 qol
Felipe Santos ("Araz-Naxçıvan") - 6 qol
Coy Lens Mikels ("Sabah" - 5 qol
![see](https://icma.az/template/assets/see.png)