Icma.az
close
up
RU
Kəpəz” “Sumqayıt”ı 39 dəqiqəyə nokauta saldı

Kəpəz” “Sumqayıt”ı 39 dəqiqəyə nokauta saldı

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kəpəz (Gəncə) – Sumqayıt 3:0 (3:0)
33. Yusif İmanov – 6,0
14. Adama Fofana – 5,5
29. Dioqo Verdaska (k) – 5,5
4. Mate Abuladze – 5,0
7. Ehtiram Şahverdiyev – 6,0
12. Mahamadu Ba – 6,0
(99. Əli Səmədov, 58) – 5,0
24. Olavale Onanuqa – 5,5
10. Ryonosuke Ohori – 6,5
(17. Ümid Səmədov, 78) – qiymətsiz
77. Fərid Nəbiyev – 5,5
(23. Fərid Kələntərov, 78) – qiymətsiz
11. Rəhman Hacıyev – 5,5
(6. Camal Cəfərov, 78) – qiymətsiz
9. Luis Paçu – 7,0
(21. Sadiq Şəfiyev, 67) – 5,0
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
81. Elgün Bayramov
20. Elcan Əbilov
66. Arzu Atakişiyev
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Luis Paçu
1. Mehdi Cənnətov – 4,5
80. Keffel Resende – 5,0
(97. Vüsal Paşayev, 66) – 5,0
33. Daniel Beskorovaynı – 5,5
72. Rayan Senhadji – 5,5
75. Nadir Orucov – 5,0
71. Masaki Murata – 5,0
(95. Nsana Simon, 46) – 5,5
6. Sedrik Badolo – 5,5
(21. Nihad Əhmədzadə, 66) – 5,0
10. Nikola Ninkoviç – 4,5
8. Səbuhi Abdullazadə (k) – 6,0
29. Emil Mustafayev – 5,5
(11. Aleksa Yankoviç, 46) – 5,5
7. Rüstəm Əhmədzadə - 5,5
(24. Sənan Muradlı, 75) – 5,0
Ehtiyat oyunçular
22. Xəyal Fərzullayev
12. Murad Ağamalıyev
3. Höccət Haqverdi
37. Nihad Orucəli
25. Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç
Komandanın ən yaxşısı: Səbuhi Abdullazadə
Qollar: R.Ohori, 2 (1:0, M,Ba). L.Paçu, 18 (2:0, E.Şahverdiyev). L.Paçu, 39-p. (3:0).
Vərəqələr: M.Ba, 13 (qeyri-idman hərəkəti). E.Mustafayev, 35 (qeyri-idman hərəkəti). Y.İmanov, 45+3 (qeyri-idman hərəkəti). N.Ninkoviç, 45+3 (qeyri-idman hərəkəti). N.Orucov, 56 (qeyri-idman hərəkəti) – sarı. N.Ninkoviç, 62 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev (hamısı Bakı).
VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).
VAR hakiminin köməkçisi: Şirmamed Mamedov (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
27 fevral. Yevlax. Şəhər stadionu. 300 tamaşaçı (6000 yerlik).
Hər hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Turun açılış matçında “Sumqayıt”ı qəbul edən “Kəpəz” bu dəfə “Karvan-Yevlax”ın uğursuz mövsüm keçirməsinə arxalana, premyer-liqada qalmağın yolunu bu komandanın sonuncu sıraya pərçimlənməsində tapa bilməzdi. Çünki Fizuli Məmmədovun komandası bu dəfə “Qəbələ” ilə qarşılaşacaq, aradakı xal fərqinini artmasına imkan verməmək üçün əlindən gələni əsirgəməyəcəkdi. “Sarı-göylər” üçün bundan yaxşı motivasiya tapmaq çətin məsələ idi. Ancaq qələbə qazanmaq üçün “Sumqayıt”ın da yetərincə ciddi səbəbləri var idi. Hansını deyək? Avrokubok hədəfi, yoxsa komandanın son 7 oyunda cəmi bir qələbə qazanmasını? Artıq bunda məna axtarmağa dəyməz. Çünki mövsümün birinci yarısında əksər rəqiblərinə əzələ nümayiş etdirən “kimyaçılar” bu matçda da cılız göründü. Özü də ilk saniyələrdən. Yoxsa Banın ötürməsini qəbul edəndən sonra Beskorovaynı ilə Nadirin təzyiqinə rəğmən, rahatlıqla cərimə meydançasına daxil olub “çərçivə”ni dəqiq nişan alan Ohori komandasını hələ 2-ci dəqiqədə sevindirə bilməzdi. Tədricən hadisələrin axarına nəzarəti ələ almağa çalışan “Sumqayıt” 12-ci dəqiqədə qola yaxınlaşsa da, fürsəti puç etdi. Buna Nadirin diqqətsizliyi üzündən topu ələ keçirib dərhal bəxtini sınayan Emilin Yusiflə bacarmaması səbəb oldu.
İş ondadı ki, “Kəpəz”in 19-cu dəqiqədə reallaşdırdığı hücum da qolla nəticələndi. Hər şey Resendenin topu itirməsiylə başladı. Ardından Onanuqanın yiyələndiyi top Ehtirama, sonuncunun qapıya paralel ötürməsi sayəsində cərimə meydançasına çatdı. Burda fürsət gözləyən Paçu isə baş zərbəsiylə adını tabloya yazdırdı. İnsaf naminə növbəti təhlükəli vəziyyətləri “kimyaçılar”ın yaratdığını vurğulamalıyıq. Sadəcə, Beskorovaynının qeyri-dəqiqliyi, təxminən 20 metr məsafədən bəxtini sınayan Badolonun Yusiflə bacarmaması qonaqları əliboş qoydu. Bir qədər sonra qonaqlar daha bir pis sürprizlə üzləşdi: Rəşad Əhmədov “nöqtə”ni göstərdi. Ona görə ki, Mehdi rəqibin ilk iki qolunda “pay sahibi” olması azmış kimi, dubl etməyə çalışan Paçunu kobud müdaxilə ilə dayandırdı. Bu səbəbdən təyin edilən penaltini dəqiq yerinə yetirən braziliyalı Cənnətovu cəzalandırdı. Yəni 39-cu dəqiqədə fərq darmadağın həddinə çatdı.
Əslində 2-ci hissə üçün yenə hansısa intriqadan danışmaq olardı. Lakin bu dəfə də Ninkoviç komandasını məyus etdi: Paçunun ayağına zərbə endirən serbiyalı ikinci “sarı”yla üzləşdiyindən 62-ci dəqiqədə meydandan qovuldu. İkinci yarıda buna qədər Paçu Mehdiylə bacarmamışdısa, 83-cü dəqiqədə Camal topu tora qovuşdurdu. İş ondadı ki, meydan sahiblərinin sevinci cəmi bir neçə saniyə çəkdi. Axı Camalın oyundakənar vəziyyətdə olduğu üzə çıxdı. Hər halda, “Kəpəz” böyükhesablı qələbə sayəsində 22-ci turu “Karvan-Yevlax”dan 9 xal, “Qəbələ”dən 1 pillə öndə tamamladı. “Sumqayıt” isə ya Saşa İliçlə dirçəlməli, ya da radikal dəyişikliyə əl atmalıdı. Yoxsa ilk “dördlüy”ə qayıtmaq mümkünsüz olacaq.
Gözdən qaçmadı
// “Kəpəz”in “Ultras Kəpəz” və “Xəmsə”, “Sumqayıt”ın “Kimyaçılar” fanklubları tribunada idi. Gəncəli azarkeşlər rəqiblə yanaşı, “Qarabağ” və “Neftçi”nin ünvanına təhqiramiz şüarlar səsləndirdi. İş o həddə çatdı ki, hüquq-mühafizə orqanları və “sarı-göylər”n mətbuat xidmətin rəhbəri Gəray Qiyasov ağır söyüşlərə görə tərəfdarlara xəbərdarlıq etdi.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Mart 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri