Icma.az
close
up
RU
“Kəpəz”də ara qarışdı BU İCLASDAN SONRA

“Kəpəz”də ara qarışdı BU İCLASDAN SONRA

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni mövsüm hazırlıqlarını davam etdirən “Kəpəz”də gözlənilməz hadisələr cərəyan edir. Büdcə artımı ilə iddialı vəziyyətə gələcəyi gözlənən Gəncə təmsilçisində işlər yolunda getmir. Belə ki, rəhbərlik azarkeşləri üzəcək, futbol ictimaiyyətini təəccübləndirəcək qərarlar qəbul edib. 

Sportal.az xəbər verir ki, yeni rəhbərliyin gəlişinin ardından Gəncə futbolunda yüksəliş olacağını zənn edənlər yavaş-yavaş bu fikirdən daşınmalı olacaq. Çünki klubun idarə heyətinin sədri Namiq Qədirov “Kəpəz”ə gözlənən maliyə dəstəyini verməyəcək.

O, klubun akademiyası və aşağı yaş qrupları ilə bağlı ciddi işlər görmək niyyətində deyil. N.Qədirov klub rəsmilərinə keçirdiyi iclasda açıq şəkildə belə şeylərə önəm vermədiyini bildirib. O, yalnız əsas komandaya müəyyən qədər büdcə ayıracağını qeyd edib.

Yeni sədr vəzifəyə gələndə azarkeşlərə ciddi işlər görəcəyini, Gəncə futbolunu yenidən ayağa qaldıracağını vəd etsə də, bunlara əməl etmək istəmir.

O, aşağı yaş qrupları və klubun akademiyası ilə bağlı masaya qoyulan bütün layihələrin heç birini qəbul etməyib. Hətta “Kəpəz” rəhbəri klubda çalışan xadimələrin belə maaşlarını artırmayıb. Qədirovun bütün fikri əsas komandaya bir neçə legioner cəlb edib əvvəl olduğu kimi komandanı Premyer Liqada saxlamaqdır.

Bunun da yeni hədəf olduğunu deyə bilmərik. Çünki onsuzda “sarı-göylər” illərdir elitadakı yerini qorumaq üçün mübarizə aparır. Məhz Namiq Qədirov gəlişindən sonra hədəflərin dəyişəcəyi və klubun daha da inkişaf edəcəyi gözlənilirdi. Ancaq Namiq bəyin bu qərarlarından sonra “Kəpəz”də yaxşı mənada hər hansı bir dəyişiklik olacağı inandırcı görünmür.

Əgər klub rəhbəri fikrini dəyişməsə, gəncəli azarkeşlərin ötən mövsümün sonlarındakı sevinci ürəylərində qalacaq.

idmanxeber.az

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sportal.az
archiveBu xəbər 10 İyul 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri