Icma.az
close
up
RU
“Kəpəz”də yeni era başlayır... Gəncə təmsilçisi qızıl dövr ə qədəm qoyacaq!

“Kəpəz”də yeni era başlayır... Gəncə təmsilçisi qızıl dövr ə qədəm qoyacaq!

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

"Kəpəz"in maliyyə dayaqlarının gücləndirildiyi haqda ilkin xəbəri nəzərinizə çatdırmışıq. Məlum olduğu kimi, baş məşqçi Azər Bağırov futbolçulara sponsorun tapıldığı və bundan sonra hansısa maliyyə sıxıntılarının olmayacağı haqda müjdə verib.

Etibarlı mənbədən "Football-plus.az"a verilən məlumata görə, mövzuyla bağlı yeniliklər var.
Belə ki, Gəncə təmsilçisinin premyer-liqanı tərk etməsinə mane olmaq istəyən şəxslər ciddi maliyyə dəstəyi verməklə yanaşı, klubda köklü dəyişikliklər etməyi planlaşdırır. Onlar "Kəpəz"də öz idarəçilik sistemini yaratmaq niyyətindədilər. Gəncəyə yaxın kanallar vasitəsilə hər ay "sarı-göylər" üçün böyük məbləğlər ayıran, heç-heçə və qələbələr üçün pul mükafatları ödəməyi boynuna gətirən şəxslər kollektivin qış "transfer pəncərəsi"ndə xeyli güclənməsini təmin etməklə yanaşı, vəzifə bölgüsü də aparmaq istəyir.
Belə ki, icraçı direktor Cabir İbrahimov vəzifəsindən ayrılacaq. İdarə Heyətinin sədri İlqar Nadirinin isə başqa vəzifəyə təyinatı planlaşdırılır. Klubun bir nömrəli rəhbəri maliyyə dəstəyi göstərən iş adamının təyin edəcəyi şəxs olacaq. Yeni sistemdə baş məşqçi Azər Bağırovun olub-olmayacağı isə hələ bilinmir.
Qeyd olunan planların nə vaxt reallaşdırılacağı dəqiq deyil. Başqa sözlə, hər şey komandanın mövsümün ikinci yarısındakı nəticələrindən asılıdı.
Təbii ki, oxucularımız bizə bu sualı ünvanlaya bilər: söhbət kimdən gedir? Adını açıqlamadığınız iş adamı kimdi? Bu barədə onu deyə bilərik ki, proses birbaşa SOCAR-dan idarə olunur. Layihənin ilkin mərhələsi "sarı-göylər"in premyer-liqada qalmasını təmin etməkdi. İkinci mərhələdə gəncəli azarkeşləri başdan-ayağa yenilənmiş və avrokuboklar uğrunda mübarizə aparan "Kəpəz" gözləyir. Özü də Gəncə şəhər stadionunda...
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Yanvar 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri