Icma.az
close
up
RU
“Kəpəz”dən ayrılan Azər Bağırov: Qısa müddətdə mehriban bir ailə formalaşdırdıq MÜSAHİBƏ

“Kəpəz”dən ayrılan Azər Bağırov: Qısa müddətdə mehriban bir ailə formalaşdırdıq MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 26 may, AZƏRTAC

Ötən gün “Kəpəz"in baş məşqçi postundan ayrılan Azər Bağırov AZƏRTAC-ın suallarını cavablandırıb.

– “Kəpəz"lə yollarınızı ayırdınız. Bu proses necə baş tutdu?

– Açığı, bu barədə danışmamağa söz vermişdim. Amma bu, şəxsi məsələdir. Mənimlə yolların ayrılacağı artıq "Turan Tovuz"la oyundan iki gün əvvəl bəlli idi. Klub rəhbərliyi ilə görüşdə irəli sürdüyüm bəzi şərtlər isti qarşılanmadı. Mən də dedim ki, əgər bu şəkildə davam edəcəksə, yollarımızı ayırmaq daha yaxşı olar.

– Şərtlərdən bəhs etdiniz. Klub rəhbərliyi ilə hansı məsələlərdə ortaq məxrəcə gələ bilmədiniz?

– Bir məşqçi kimi mənim də istəklərim var idi. Sadəcə onu deyə bilərəm ki, şərtlərim qəbul olunmadı. Dünən keçirilən mətbuat konfransında da qeyd etmişdim ki, bəzi məsələlər var ki, onlar klubla aramızda qalmalıdır.

– “Kəpəz"də çalışdığınız müddətdə komandada nəyi dəyişə bildiniz?

– Hamı yaxşı bilir ki, "Kəpəz"in Premyer Liqada qalması çox çətin görünürdü. Klub rəhbərliyinin belə ümidi demək olar ki, yox idi. Bəlkə də, min adamdan biri möcüzəyə inanırdı. Azarkeşlər və futbol mütəxəssislərinin çoxu “Kəpəz”in aşağı liqaya düşəcəyini düşünürdü. Amma biz geridönüş etdik. Mənim üçün sağlam mühit və kollektiv ruh çox önəmlidir. Qısa müddətdə gözəl bir komanda və mehriban bir ailə yaratmağı bacardıq. Hər kəs meydanda bir nəfər kimi vuruşurdu.

Reallıq budur ki, komandada yüksək ustalığa malik futbolçular yox idi. Amma oyunçular daim əzmkarlıq göstərdilər, daha az səhv etməyə çalışaraq qələbəyə kökləndilər. Maliyyə baxımından bizdən qat-qat üstün komandalara qarşı oynayıb nəticə qazandıq. "Neftçi", "Sabah", "Qarabağ" kimi büdcəsi böyük klublara qarşı heç-heçə və qələbələrimiz oldu. Bu oyunlar həm azarkeşləri sevindirdi, həm də komanda haqqında müsbət rəy formalaşdırdı.

– Artıq “Kəpəz" klubuna yeni rəhbərlik gəlib və maliyyə vəziyyəti də əvvəlki illərə nisbətən daha yaxşı olacaq. Sizcə, növbəti mövsüm komanda necə çıxış edəcək?

– Bundan sonra kluba yalnız uğurlar arzulayıram. Bu komandaya və azarkeşlərinə böyük rəğbət bəsləyirəm. Gəncə doğrudan da Azərbaycanın futbol beşiklərindən biridir. Amma yeni mövsümdə hansı nəticələri əldə edəcəklərini proqnozlaşdırmaq çətindir.

– Gələcək karyeranız barədə nə düşünürsünüz?

– Açığı, hər kəs elə bilirdi ki, mən "Kəpəz"də qalacağam. Hazırda konkret bir təklif yoxdur. Ümid edirəm ki, yaxın vaxtlarda təkliflər olacaq və mən də onları dəyərləndirəcəyəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri