“Kəpəz”in baş məşqçisi: “Qış fasiləsindən maksimum yararlanmağa çalışacağıq”
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Kəpəz” klubu qış fasiləsindən maksimum yararlanmağa çalışacaq.
Bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov deyib.
O, komandanın hazırda istirahət etdiyini bildirib.
“Hələ ki, komanda istirahətdədir. Yeni ildə toplaşacağıq. Ümid edirik ki, qış fasiləsində gücümüzə güc qatacağıq. Çatışmazlıqları aradan qaldırmaq istəyirik. Heyəti gücləndirməklə bağlı işlər davam etdirilir. Danışıq apardığımız oyunçular var. “Turan Tovuz” klubundan ayrılan Veysəl Rzayevi heyətə qatmışıq. İnanırıq ki, o, yarımmüdafiədə yaxşı işlər görəcək”, - deyə o, “Report”a açıqlamasında bildirib.
Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasının 2025/2026 mövsümünün ilk yarısını 9 xalla onuncu sırada tamamlayıb.
Bu mövzuda digər xəbərlər:“Kəpəz”in futbolçusu: “Bunun əvəzini çıxmağa çalışacağıq”
05 Aprel 2025 10:39
Kəpəz in qış fasiləsində qarşılaşacağı komandalar bilindi
29 Dekabr 2025 19:23
“Kəpəz”in qış hazırlıq planı açıqlanıb İdman və Biz
23 Dekabr 2024 11:43
“Kəpəz”in baş məşqçisi istefa verdi
25 May 2025 19:32
“Aris”in baş məşqçisi: “Növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq
23 İyul 2025 17:32
Baxış sayı:59
Bu xəbər 29 Dekabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















