Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Bu rayona yeni polis rəisi təyin edildi

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Liqa 1: Marsel darmadağına sevindi

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

“Kəpəz”in baş məşqçisini bu hərəkətinə görə həbs oluna bilər HÜQUQŞÜNAS VİDEO

“Kəpəz”in baş məşqçisini bu hərəkətinə görə həbs oluna bilər HÜQUQŞÜNAS VİDEO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Həftə sonu “Qəbələ” və “Kəpəz” futbol klublarının oyunundan sonra baş verən qalmaqal ölkədə gündəm olan əsas mövzulardan birinə çevrildi. Oyunda 3-0 hesabı ilə məğlub olan “Kəpəz”in azarkeşləri klubun baş məşqçisini Adil Şükürovu istefa verməyə səslədi. Azarkeşlərin “istefa” şüarları baş məşqçini o həddə gətirdi ki, Adil Şükürov azarkeşlərdən birini yaxınlığa çağırıb onu təhqir etdi. Uzun söz mübahisəsindən sonra azarkeşlərin onu fitə basması ilə uzaqlaşdı.

Avtosfer.az xəbər verir ki, dünən klubun rəsmi açıqlamasından sonra Adil Şükürovun istefaya göndərilməsi müəyyən olunub. Adil Şükürovla bağlı klubun istefa qərarı verməsi isə olduqca maraqlı hal kimi qəbul edilib. Çünki Adil Şükürov elə bu mövsüm, yəni 5 oyundur ki, kluba baş məşqçi təyin edilmişdi.

Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev Avtosfer.az-a açıqlamasında bildirib ki, Adil Şükürovun istefasının bir neçə səbəbi var.

“Birincisi, “Qəbələ”yə irihesablı məğlubiyyətdir. İkincisi, çempionatda indiyə qədər 5 oyun keçirilib və onların hamısında “Kəpəz” məğlub olub. Heç 1 xal da qazanmayıb. Azarkeşlərlə olan insident isə bardağı daşıran son damla oldu. Artıq aydın məsələ idi ki, azarkeşlərlə o cür danışdıqdan sonra Adil Şükürov heç qalıb “Kəpəz”də işləyə də bilməz”.

Azarkeşi təhqir edən Adil Şükürovun hərəkəti ictiamiyyət tərəfinən də birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə istifadəçilər Adil Şükürova azarkeşin təhqir olmayan cümlələrinə qarşı dözüm göstərməyin vacibliyini qeyd ediblər.

İnsidentlə bağlı yayılan videoda görünür ki, Adil Şükürov ona “bacarmırsan, istefa ver, evə get” deyən azarkeşi bir növ “razborka”ya çağırır və ona “evində yerin varsa, gəlim evinə” deyərək təhqir edir. Azarkeşin cəmiyyətdə təhqir edilməsi ilə bağlı hüquqşünas Ramil Süleymanov saytımıza müsahibəsində deyib ki, həmin şəxs bununla bağlı məhkəməyə müraciət edə bilər:

“Adil Şükürov bilməlidir ki, o, ictimai fiqurdur və hər kəsin bir gözləntisi olduğu şəxsdir. İdman hüququnda azarkeşlərin hüquqları, onların davranışı ilə bağlı hər hansı bir qeyd olunmasa da, amma sırf məşqçi heyətinin, idmançıların etik davranış qaydaları deyə bir anlayış mövcuddur və Adil Şükirov kimi şəxslər də istimaiyyət üçün kifayət qədər maraqlı olduğundan, onlar məhz belə bir postlara gətirildiyi zaman istimaiyyətin açıq tənqidini də gözə alırlar. Çünki onların tənqid olunmaq hüquqları vardır, azarkeşin də çılğınlıq göstərərək təhqir yox, yalnız tənqid eləmək kimi bir hüququ vardır. Əgər azarkeş məşqçiyə evə get deyirsə, burada təhqir elementi yoxdur. Amma ictimai fiqurun “evində yerin varsa, gəlim evinə” deməsi, burada təhqir elementləri ola bilər. Sadəcə olaraq, buna məhkəmə qiymət verməlidir. Əgər vətəndaş hesab edirsə ki, o təhqir olunub, o zaman Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində əsasən, ya prokurorluğa müraciət eləyə bilər (1:42) və yaxud da ki, xüsusi ittihamçı olaraq, bu qaydada Gəncəkəhər Məhkəməsinə müraciət eləyə bilər. Şəxsin barəsində ona söylədiyi, təhqiramız ifadə hesab etdiyi fikirləri bildirməklə və eyni zamanda bu fikirlərin kütləvi nümayəş etdirildiyi yerlərdə səslənməsi səbəbindən özünün təhqir olunmasını əsas gətirərək, məhkəməyə bununla bağlı müraciət eləyərək şəxsin barəsində cinayət işinin açılmasına və cəzalandırılmasına nail ola bilər.

Bu maddənin cəzası isə 1000 manatdan 1500 manata qədər cərimə və yaxud da ki, 240 saatdan 480 saata qədər ictimai işlər və ya 6 aya qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.  Belə vəziyyətdə təzminat davası məsələnin artıq mülki xarakterli hissəsidir və yaxud da ki, cinayət işinin gedişatında xüsusi ittihamçı uğradığı mənəvi zərərə görə ayrıca həmin işin gedişatında və yaxud da ki, ondan sonra özünün şəxsiyyətinə dair mənəvi təzminat tələb edə bilər”.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Sentyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see194

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see186

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see130

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see130

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see126

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri